Alagözlü Cəlilə - Osman Balcıgil

Alagözlü Cəlilə - Osman Balcıgil

7.00₼
Məhsul haqqında

Alagözlü Cəlilə - Osman Balcıgil - SizinKitab

...O, Osmanlı Türkiyəsinin ən gözəl qadınlarından idi. Saray rəssamı Fausto Zonarodan dərs almışdı. Sonra təhsilini Paris və Romada tamamladı. Adını rəssamlıq sənətinə qızıl hərflərlə yazdırdı...
Osmanlı xanədanlığının xəfiyyələri ilə, Balkan qiyamçıları ilə, "İttihad və Tərəqqi"çilərlə mücadilə etdi... Qorxunun nə olduğunu bilmədi!
Könlünü özündən dörd yaş kiçik olan Yəhya Kamala təslim edəndə ərdə idi, üç övladı vardı. Böyük şair ona ithafən "Alagözlü qaplan" adı altında şeirlər yazdı. Gözəl qadın həyatında ilk dəfə özünü xoşbəxtlikdən göyün yeddinci qatında hiss edirdi. Öz sevgisi yolunda ərini, evini tərk etdi! Təəssüf ki, şair onun bu böyük məhəbbətini yaşada biləcək ürəyə sahib deyilmiş. Onu yarıyolda qoydu, üz döndərib getdi. Alagözlü Cəlilə buna çox üzüldü, sarsıldı, amma qürurunu da sındırmadı...
Eyni körpə iki dəfə dünyaya gələ bilərmi? Amma Cəlilə dünyaya gətirdi! Oğlu Nazim Hikmət 28 illik həbs cəzasının 12-ci ilində aclıq aksiyasına başladığı zaman bir aslan kimi meydana atıldı və böyük şairi ölümün caynağından qopardı...
Başı müsibətlər çəkmiş bu məşhur ailənin həyat hekayəsini birnəfəsə oxuyacaqsınız.

Azərbaycan dilində

Yumşaq üz qabığı

316 səhifə

Ölçü: 130x200 mm


Hissə-hissə ödəniş

💳 Hissə-Hissə Ödəniş İmkanı

Bu məhsulu taksit kartları və ya bank krediti ilə əldə edə bilərsiniz.

✔ 3 aydan 15 aya qədər hissəli ödəniş

✔ Birkart Bolkart və albalı kart ilə 12 aya-dək taksit imkanı

✔ Online və ya mağazamızda yerində müraciət

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın