Quldurluqla məşğul olan bir şəxs gözlənilmədən bö- yük sərkərdəyə çevrilir. Daha sonra şahlıq taxtına yiyələ- nir. Bəs bütün bunlar necə baş verir? Oxucu süjet boyu bu prosesi izləyir. Nadirin şəxsiyyət kimi kamilləşməsinə şahidlik edir. Lakin saray intriqaları, əyanların qurduğu hiylələr bu müzəffər şahı istəkli oğlunun cəlladına çevirir. “Nadir şah” faciəsi səfəvi xanədanlığının çöküşü ilə başlayır. Sultan Hüseyn Səfəvinin zəifliyi ölkədə ədalət- sizliyə və özbaşınalığa rəvac verib. Şah Təhmasibin zama- nında da heç nə dəyişmir. Nəticədə Nadir onu devirərək səltənəti öz əlinə keçirir. Onun tragediyası da burdan başlayır. Pyes avam camaatı fanatizm və dini əsarətdən qur- tarmağa, real düşünməyə çağırır. Eyni zamanda, vətənin dirçəlməsi üçün ədalətli idarəçilik sisteminin vacibliyini göstərir.
Səhifə sayı - 88 ISBN 978-9952-38-283-9 Cild - Yumşaq
SizinKitab
Ana - Hüseyn Cavid
Əsas qiymət
3.49₼
/
Ana - Hüseyn Cavid - SizinKitab
Səlma ananın oğlu Qanpolad İsmət adlı çərkəz qızı ilə nişanlıdır. Qıza Orxan adlı varlı bir gənc də vurulur. Qan- poladla Orxan arasında mübarizə başlayır. İsmət Orxanın cah-calalını rədd edərək öz sevdiyinə sadiq qalır. Orxan dostu Muradın əli ilə Qanpoladı öldürür. Qatil təhlükədən xilas olmaq üçün kimliyini bilmədən Səlma ananın evinə sığınır. Ana oğlunun qatilini tanıyır, dərin daxili sarsıntı- lar və mənəvi iztirablar keçirir. Lakin o öz qəzəbinə qalib gəlməyi bacarır. Baş verən qanlı hadisəni isə Allahın qis- məti ilə əlaqələndirir. Övlad qatilini bağışlayan Ana təkcə Azərbaycan yox, bütün dünya ədəbiyyatı üçün bənzərsiz obrazdır.
Səhifə sayı - 80 ISBN 978-9952-38-269-3 Cild - Yumşaq
SizinKitab
Kandid, yaxud optimizm - Volter
Əsas qiymət
6.99₼
/
Kandid, yaxud optimizm - Volter - SizinKitab
Volter hakimiyyətin qüsurlarını kəskin tənqid etdiyinə görə daim təqiblərə məruz qalırdı. Dini fanatizmin, edamların əleyhinə çıxırdı. Bu səbəbdən mühacirət həyatı yaşayır, bir ölkədən digərinə qaçırdı. Bastiliya qalasında həbsdə də olmuşdu. O, insan faciəsinə görə əzab çəkirdi. Çünki edam cəzasında və savaşda ölənlər təbii fəlakətlərdə ölənlərdən qat-qat çox idi. “Kandid” bu sarsıntıların nəticəsidir. Müəllif bu əsəriylə nifrətə meydan oxuyur. Sübut edir ki, insan qəlbi sevgiyə məhkumdur və nifrətdən uzaq durmalıdır. Bəşəriyyətin xilası naminə nifrət duyğusunu öldürmək lazımdır. Ciddi mesajlarla zəngin olan əsərin əsas ideyası isə budur: Bütün pisliklər yaxşılığa doğru atılan addımdır.
Səhifə sayı - 192 ISBN 978-9952-38-214-3 Cild - Yumşaq
SizinKitab
Oyun havası - Məmməd Oruc
Əsas qiymət
3.99₼
/
Oyun havası - Məmməd Oruc - SizinKitab
Əsgərlikdən yenicə gəlmiş Məti adlı gənc oğlan mümkünsüz və eyni zamanda, müqəddəs heç nə bilməyən rayonun əsas avtoriteti Əlizamanı öldürür. O, həyatda çoxlarına kömək edib – kimini işə, kimini instituta düzəltməklə. Amma bir çoxunun taleyini kor qoyub. Hərdən işlərinə yarasa da, onsuz işləri keçməsə də kənd camaatı Əlizamanı sevmir. Meyiti ortada qalır. Heç bir kənd adamı, Əlizamanın heç bir tanışı onu son mənzilə yola salmağa gəlmir. Nə erməni sevgilisi Anuş, nə doğma qardaşı Heydər onun cənazəsini dəfn etməyi boynuna çəkir. Həyat yoldaşı isə saatlarla tərəddüd içində çırpınır. Son anda Əlizamanın iylənməkdə olan cəsədinə əyri yollarla qazandığı pullar və qadının artıq məhv olmuş sevgi hissləri kömək olur...
Səhifə sayı - 80 ISBN 978-9952-38-203-7 Cild - Yumşaq
SizinKitab
Dəlinin gündəliyi - Nikolay Qoqol
Əsas qiymət
3.99₼
/
Dəlinin gündəliyi - Nikolay Qoqol - SizinKitab
Xırda dəftərxana məmuru öz müdirinin qızına vurulur. Lakin nə məmur normal məmurdur, nə onun hissləri normal hisslərdir. O, getdikcə sərsəmləyir və dəliliyin dərinliklərinə enməyə başlayır. Oxucu bütün bu prosesləri onun öz dilindən “eşidir”. Çünki əsər əslində bir gündəlikdir. Dəlinin gündəliyi. O, gah itlə danışır, gah özünü İspaniyanın kralı zənn edir, gah da gündəliyə “43 aprel 2000-ci il” kimi absurd tarix qoyur. Qeydlərin sonunda onun ağlı tamam qarışır və sözlərin məntiqi əlaqəsi itir. Beləliklə, biz xırda bir məmurun əslində dəli olma prosesinin canlı şahidinə çevrilirik.
Səhifə sayı - 80 ISBN 978-9952-38-187-0 Cild - Yumşaq
SizinKitab
Qasırğa - Teodor Drayzer
Əsas qiymət
2.99₼
/
Qasırğa - Teodor Drayzer - SizinKitab
“Qasırğa” povesti oxucularımıza yaxşı tanış olan “Amerika faciəsi”, “Dahi”, “Kerri bacı”, “Cenni Herhadt” əsərlərinin bir növ davamıdır. Povestdə ailə, məhəbbət, qadın həyatı kimi məsələlərə toxunulmuşdur. Əsərin qəhrəmanı İda ürəkdən bağlandığı Edvardın “məhəbbət toru”na düşərək başına gələn dəhşətlə mübarizə aparmalı olur. Ailəsinin təzyiqləri altında yaşayan İda bu mübarizədə məğlub olur və ölümü seçir… Əsərdə Drayzer təkcə qəhrəmanlarının daxili aləmini, daxili faciəsini göstərməklə kifayətlənmir, həm də bu faciələri törədən səbəblərin izahını verir. “Qasırğa” Drayzerin birbaşa orijinaldan Azərbaycan dilinə tərcümə edilmiş ilk əsəridir.
Səhifə sayı - 80 2000030947960 Cild - Yumşaq
SizinKitab
Peyğəmbər - Hüseyn Cavid
Əsas qiymət
5.99₼
/
SizinKitab
Malva - Maksim Qorki
Əsas qiymət
3.99₼
/
SizinKitab
Yol-iz - Mixail Şoloxov
Əsas qiymət
3.99₼
/
SizinKitab
Ölüm məhbusunun son günü - Viktor Hüqo
Əsas qiymət
4.49₼
/
SizinKitab
Lev Nikolayeviç Tolstoy haqqında xatirələr - Maksim Qorki
Əsas qiymət
4.00₼
/
SizinKitab
Venesiyada ölüm - Tomas Mann
Əsas qiymət
3.99₼
/
SizinKitab
Ananın oğluna son məktubu / Treblinka cəhənnəmi - Vasili Qrossman
Əsas qiymət
4.99₼
/
SizinKitab
Hərb sənəti - Sun Tzu
Əsas qiymət
3.99₼
/
SizinKitab
Ölülər - Cəlil Məmmədquluzadə
Əsas qiymət
3.49₼
/
SizinKitab
Çevrilmə - Franz Kafka
Əsas qiymət
4.99₼
/
SizinKitab
Yad qadının məktubu - Stefan Zweig
Əsas qiymət
3.99₼
/
SizinKitab
Bahadır və Sona - Nəriman Nərimanov
Əsas qiymət
3.99₼
/
SizinKitab
Chess - Stefan Zweig
Əsas qiymət
2.99₼
/
SizinKitab
My life - Anton Çexov
Əsas qiymət
7.99₼
/
SizinKitab
Elmin hamı üçün anlaşılan dili - Albert Einstein
Əsas qiymət
3.99₼
/
SizinKitab
İnsan nə ilə yaşayır - Lev Tolstoy
Əsas qiymət
3.49₼
/
SizinKitab
Enşteyn ilə Freydin məktublaşması - Qanun Nəşriyyatı