Türklərin qızıl dövrü - İlbər Ortaylı
Əsas qiymət 12.00₼Türklərin qızıl dövrü - İlbər Ortaylı - SizinKitab
TARİXİN ƏN UNUDULMAZ DÖVRLƏRİNDƏ DÜNYAYA HÖKM EDƏNLƏR – TÜRKLƏR “Türkiyənin əsrlər əvvəl açılan tarix kitabı hələ bağlanmayıb. Bu gün də əmin oluruq ki, bu kitab bağlanmayacaq. Ona görə də tarixi bilməyə, haradan gəldiyimizi, necə yurd-yuva qurduğumuzu öyrənməyə məcburuq. Keçmişini bilməyən, yaddaşı olmayan cəmiyyətlər hara gedəcəyini, başına nələrin gələcəyini, hətta nələr edə biləcəyini anlaya bilməz”.
İlbər Ortaylı
Türklər XIV-XVII əsrlərdə Hindistandan Vyana qapılarına qədər çox geniş ərazilərdə hökmranlıq etdilər. Orta Asiyanın, Qafqazın, Yaxın Şərqin və Avropanın tarixini formalaşdırdılar. Qələbə çalmağın mümkün görünmədiyi bir çox döyüşlərdən qeyri-adi hərbi taktikaları sayəsində zəfərlə çıxdılar... Hansı qitədə olmalarından asılı olmayaraq, ölkələri ədalətlə idarə etdilər. Problemlərini həll edə bilməyən Avropa ölkələrinə öz ideyaları ilə ilham verdilər. Dünyanın hər yerində memarlıqdan musiqiyə, ədəbiyyatdan təbabətə qədər silinməz iz qoydular. Bir çox dövlətlər qurdular – Teymurilər, Qızıl Orda, Məmlüklər, Osmanlılar... Əfsanəvi hökmdarları oldu – Əmir Teymur, Fateh Sultan Məhmət, Sultan Baybars, Qanuni Sultan Süleyman, Babur şah... İlbər Ortaylı Asiyanın düzənliklərindən Avropanın mərkəzinə qədər irəliləyən, dünya tarixinin zirvəsində taxt quran türklərin möhtəşəm çağından bəhs edir…
Azərbaycan dilində
ISBN: 978-9952-313-33-8
Yumşaq üz qabığı
292 səhifə
Ölçü: 135x210 mm