II Nikolay. Sonuncu çar - Maykl Paterson - SizinKitab
SizinKitab

II Nikolay. Sonuncu çar - Maykl Paterson

Əsas qiymət 13.00₼
/

II Nikolay. Sonuncu çar - Maykl Paterson - SizinKitab

Rusiya tarixində ən əlamətdar hadisənin - çarizmin devrilməsinin mahiyyətini anlamaq üçün sonuncu çar II Nikolayın (1868-1918) bioqrafiyası çox mühüm mənbədir.
Nikolay 26 yaşında taxta çıxıb. O, nə qədər vicdanlı, dürüst və vətəninə bağlı insan olsa da, bir o qədər də zəif, mövhumatçı və qətiyyətsiz biri idi. Zəif xarakterli birinin minbir çətinliyə və təzyiqlərə rəğmən 23 il taxtda qalması əslində möcüzə idi. Lakin bütün çatışmazlıqlarına rəğmən Nikolayın müsbət cəhətləri də az deyildi. Müasirlərindən fərqli olaraq, biz Nikolayın məşəqqətli şəxsi həyatından xəbərdarıq. Onun bəzi səhvlərini bağışlamaq bizim üçün bəlkə də elə buna görə asandır. Bəzilərinin nəzərində Nikolay sadəcə bir əbləhdir, başqaları isə onu qandan doymayan bədheybət kimi təsəvvür edir. Lakin çoxlarının nəzərində o, məhdud imkanlar çərçivəsində mütərəqqi ideyaları həyata keçirməyə çalışan ədalətli hökmdar və qızıl qəlbli insan olaraq qalır.
O, ailəsinə çox bağlı idi. Nikolayla Aleksandranın izdivacı sevgi üzərində qurulmuşdu. Sevgilərinə də ömürlərinin sonuna kimi sadiq qaldılar. Onların dörd qızı var idi. Nikolayın yeganə oğlu - imperiya ailəsinin və bütün Rusiyanın böyük ümid bəslədiyi uşaq irsi xəstəlik səbəbindən əlil idi. Çareviçin xəstəliyi Rusiyadan və dünyadan uzun müddət gizlədilmişdi. Məhz oğlunun sağalmaz xəstəliyə mübtəla olması fırıldaqçı Rasputinin imperiya ailəsinə ayaq açmasına şərait yaratmışdı. Bu isə Romanovlar sülaləsinin süqutunu tezləşdirdi.
Bu kitabda hər şeydən - eşq-məhəbbətdən, faciədən, yüksəlişdən, süqutdan, cah-calaldan, səfalətdən, bəşər övladının acizliyindən, Rusiyanı, eləcə də bütün dünyanı silkələyən, təkcə çar üsul-idarəsini məhv etməklə kifayətlənməyib Avropa monarxiyalarının parlaq dövrünə son qoyan qlobal fəlakətdən bəhs edilir.

Azərbaycan dilində


ISBN: 978-9952-310-67-2

Qiymət: 13.00 AZN