Dövlətlər arasında siyasət - Hans Morgentau
Əsas qiymət 42.00₼Dövlətlər arasında siyasət - Hans Morgentau - SizinKitab
Hans Morgentaunun bu klassik əsəri realizmi beynəlxalq münasibətlərə dair düşüncənin fundamental üsulu kimi müəyyən etdi. Realizmin öz tənqidçiləri olsa da, "Dövlətlər arasında siyasət" əsərinin beynəlxalq münasibətlərə dair kurslarda istifadə olunmaqda davam etməsi onun hələ də böyük dəyər kəsb etdiyini göstərir. Bəziləri deyir ki, yarım əsr ərzində beynəlxalq münasibətlərin tədqiqi Morgentau ilə onun tərəfdarları arasında dialoqdan başqa bir şey olmayıb. Morgentaunun ideyaları ilə müxtəlif ölkələrdən olan alimlər arasındakı dialoq, - hətta beynəlxalq terrorçuluğun dünyada əsas problemə çevrildiyi bir dövrdə də, - 50 ildən sonra da zamana uyğun formada davam edir.
Morgentaunun əsərinin orijinalı yeni nəşrdə toxunulmaz saxlanılıb, amma redaktorlar tərəfindən 40 səhifəlik giriş əlavə olunub. Onlar burada əsərin yeni dövrlə necə uyğunlaşmasını araşdırıblar. Onlarla dövlət adamı və alim Morgentaunun müəyyən etdiyi konsepsiya və ideyaların hazırkı böhran vəziyyətləri və qlobal problemlərlə necə əlaqədar olduğuna dair mühüm fikirlər irəli sürür.
Azərbaycan dilində
Yumşaq üz qabığı
876 səhifə
Ölçü: 190x235 mm