Davamlı öyrən - Mümin Sekman - SizinKitab
SizinKitab

Davamlı öyrən - Mümin Sekman

Əsas qiymət 5.90₼
/

Davamlı öyrən - Mümin Sekman - SizinKitab

Kitab haqqında


Həyatda necə uğur qazanmaq olar? Gənclər necə etməlidirlər ki, özlərinə münasib karyera qursunlar? Uğurun düsturu varmı?
Mümin Sekman hüquqşünas olmasına baxmayaraq, ömrünü bu yöndə araşdırmalara həsr edib, insanlara uğur qazanmağın yollarını öz təcrübəsindən istifadə edərək öyrədir. İlk olaraq “Fərdi İnkişaf mütəxəssisi” titulunu qazanan müəllif bütün kitablarını insanların həyati biliklərini təkmilləşdirməsinə praktik olaraq yardım üçün yazır. M.Sekman biliklərə yiyələnməyin, yaddaşı gücləndirməyin yollarını göstərir və biliklərdən istifadəni təlqin edir. Çünki uğur biliklərə yiyələnməkdən daha çox, ondan istifadədən asılıdır.
Bu kitab daha çox gənclər, həyatın başlanğıcında olan yeniyetmələr, tələbələr üçün nəzərdə tutulub. Amma karyerasının müəyyən mərhələsində olan və seçimini dəyişmək istəyən insanların da bu kitabdan öyrənəcəkləri az deyil.

ISBN 978-9952-26-943-7


Ölçü 130x200


Cild Yumşaq


Səhifə sayı 184


Tərcüməçi Həcər Abbaslı