Dağılma rəmzləri - Çingiz Abdullayev. SizinKitab sizinkitab
SizinKitab

Dağılma rəmzləri - Çingiz Abdullayev

Əsas qiymət 10.50₼
/

Dağılma rəmzləri -  Çingiz Abdullayev

Bu məmulat “nüvə çamadanı” adlanır, daha doğrusu isə məhdud təsir radiuslu nüvə maddəsi. Bir sözlə, son dərəcə məxfi və təhlükəli  silahdır.

İndi fövqəladə bir hadisə baş verib – iki belə bir “çamadan” yoxa çıxıb, onları oğurlayan adamlar isə olduqca qəribə şəkildə həlak olub. İtkini nəyin bahasına olursa-olsun tapmaq – Rusiyanın bütün xüsusi xidmət orqanlarına verilən əmr məhz bu cürdür.

Cinayət aləminin liderləri və terrorçular da bu təhlükəli “oyuncağı”  ələ keçirmək niyyətindədir.

Lakin axtarışlar heç bir nəticə vermədiyi üçün xüsusi xidmət orqanları bu istintaqa ekspert-analitik Dronqonu da cəlb etmək məcburiyyətində qalırlar. İndi tapşırıq olduqca çətindir: Paris kimi bir yerdə – silah məhz orada üzə çıxmışdır – kiçik bir bombanı necə axtarıb tapmalı? 

Janr: Detektiv
Nəşriyyat: Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild: Yumşaq
Müəllif: Çingiz Abdullayev
Səhifə sayı: 496
dil: Azərbaycan