Brilliant məsələsi - Cəmşid Əmirov - SizinKitab
SizinKitab

Brilliant məsələsi - Cəmşid Əmirov

Əsas qiymət 13.99₼
/

Brilliant məsələsi - Cəmşid Əmirov - SizinKitab

Kitab haqqında


Müharibədən yenicə çıxmış sovet Bakısında mütəşəkkil ci-
nayətkar dəstə hər cür hadisə törədir: narkotik, qumar, oğurluq,
quldurluq, zorlama, qətl... Cinayətkar dəstənin başında duran
Tapança Yədulla qorxunc olduğu qədər də maraqlı bir tipajdır.
Müəllifin reallıqdan götürdüyü bu obraz əsərin içində xəyalat
kimi dolaşır. Sovet milisi cinayətkarların iznə düşür. Müstəntiq
Əli Rəsulovla Yədulla köhnə tanışdırlar. Bu tanışlıq düyünlərin
açılmasına kömək edir. Ancaq həm də mane olur. Çünki qarşı
tərəf də öz düşmənini tanıyır, taktikasını bilir və daha ehtiyatlı
davranır. Kitab bu iki parlaq obrazın şəxsində ədalətlə cinayətin
savaşına həsr olunub. Bəs qalib kimdir? Sualın cavabını oxucu
özü tapacaq.
“Brilliant məsələsi” Azərbaycanda ən çox maraq doğuran
detektiv əsərlərdəndir.

ISBN ISBN 978-9952-38-259-4


Ölçü 130x200


Cild Yumşaq


Səhifə sayı 416


Nəşr tarixi 2022