Başqa bir xoşbəxtlik - Mark Levi - SizinKitab
SizinKitab

Başqa bir xoşbəxtlik - Mark Levi

Əsas qiymət 7.99₼
/

Başqa bir xoşbəxtlik - Mark Levi - SizinKitab

Kitab haqqında


Filadelfiya. 2010-cu ilin ilk yaz günü, hə­ya­tının 30 ilini dəmir barmaqlıqlar arxasında keçirən Aqata cəzasının bitməsinə bir neçə il qalmış həbsxanadan qaçır. Amma niyə?
Kampusun yaxınlığındakı yanacaqdoldurma məntəqəsində o, gizlicə Millinin maşınına oturur və heç bir şey anlatmadan ona dediyi yerə sürməsini əmr edir. Bir saniyə içində Millinin müntəzəm ritmli və nizamlı həyatı darmadağın olur. Aralarında iyirmi il yaş fərqi olan bu iki qadın çıxdıqları uzun yol boyu bir-biriləri ilə yaxından tanış olmağa çalışır, hətta sirlərini, arzularını belə ­paylaşırlar.
ABŞ-nın ştatlarında keçən 5 günlük yol... Bu səyahət zamanı görüşdükləri hər bir insan Aqatanın sirli həyatına bir az daha aydınlıq gətirir. Sonradan Milli isə bu qadınla görüşünün təsadüfi olmadığından ­şübhələnir.
Səhifə sayı - 368
978-9952-36-103-2
Cild - Yumşaq