Balkan sindromu - Çingiz Abdullayev - SizinKitab
SizinKitab

Balkan sindromu - Çingiz Abdullayev

Əsas qiymət 6.50₼
/

Balkan sindromu - Çingiz Abdullayev - SizinKitab

Kitab haqqında


Dünyaca məşhur ekspert-analitik Dronqo bu dəfə siyasi əhəmiyyət kəsb edən işin öhdəsindən gəlməlidir. Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyi ekspertdən xahiş edir ki, Serbiyadakı həmkarlarına kömək etsin. Serbiya prokurorluğu ölkənin baş nazirinin müavini Predraq Baştiçin qətlə yetirilməsi üzrə qaldırılmış cinayət işinin təfərrüatlarına varmaq üçün əlindən gələni edir. Predraq Baştiç bütün Balkan respublikalarının hakimiyyət nümayəndələrinin çox əhəmiyyətli görüşü zamanı öz iqamətgahında boğularaq öldürülüb. Şübhəli şəxs qismində Baştiçin otağını mühafizə edən keşikçi həbs edilir. Dronqo aydınlaşdırır ki, qətl günü iqamətgahda dörd nəfər kənar şəxs olub, onlar iqamətgahda keçirilən məxfi görüşdə iştirak etməli deyildilər. Həmin şəxslərdən biri də Baştiçin oğludur…

ISBN 9789952266856


Ölçü 120x185


Cild Qalın


Nəşr tarixi 2017