Abırlı adam - Çingiz Abdullayev - SizinKitab
SizinKitab

Abırlı adam - Çingiz Abdullayev

Əsas qiymət 6.50₼
/

Abırlı adam - Çingiz Abdullayev - SizinKitab

Kitab haqqında


Ölümlə nəticələnmiş sirr və müəmmalar… Onlar məşhur ana­litik-ekspert Dronqonu daim daban-dabana izləyir. Bir dəfə o, aeroportda təsadüfən Nikolay Suteyev adlı biznes­men­lə tanış olur. Və cəmisi ikicə aydan sonra xəfiyyəyə mü­raciət edib, öz mənzilinin qapısı ağzında güllələnmiş bu şəx­sin son dərəcə mürəkkəb qətlinin təhqiqatıyla məşğul ol­mağı ondan xahiş edirlər. Dronqo izləri toplamağa, özgə tale­ləri, xarakterləri araşdırmağa, davranışın motivlərini öy­rən­məyə başlayır- o ən gizli, ən məhrəm sirlərin kökünə gedib çıxır – indiyəcən yüz dəfə elədiklərini eləyib, öz və­zifəsini həmi­şə­ki kimi vicdanla yerinə yetirir. Ancaq böyük çə­tinliklər ba­ha­sına başa gələn bu son dərəcə mürəkkəb və ağlasığmaz araş­­dırmanın yekununda əldə etdiyi nəticə, üzə çıxardığı dəh­­şətli həqiqət Dronqonu əməlli-başlı şoka salır və o, öm­ründə ilk dəfə ifşa etdiyi qatilə əl uzadır- etiraf etməyə məc­bur olur ki, onu heyran qoyan qatilin inanılmaz hərəkəti… əs­lində, əsl hörmət və mərhəmətə layiqdir!
 

ISBN 2000027567966

 

Cild Yumşaq