Kasıb təbəqənin nümayəndəsi olan 21 yaşlı Martin İden işçi, matros olur. O bir gün Artura sataşan avaralarla dalaşıb, onları yaxşıca əzişdirir. Bunun müqabilində Artur ona təşəkkür etmək üçün evlərinə nahara çağırır. Artur Martinin yaşında olan yüksək təbəqənin, burjua ailəsinin üzvüdü. Martin onlara qonaq gələrkən yüksək təbəqənin adamlarına, onların savadlarına heyran qalır. Elə burada da Arturun bacısı Rufu görür və onu sevir. Ruf yarıtəhsilli Martinə ingilis dilində gözəl danışmağı öyrədir, onda ədəbiyyata maraq oyadır. Martin öyrənir ki, jurnallar yazıçılara onların əməyi müqabilində yaxşı qonorar verir. Ona görə də qəti qərara gəlir ki, yazıçı olsun və öz sevgilisinə layiq olan təbəqənin adamları sırasına qatılsın. Səhifə sayı - 392 978-9952-26-425-8 Cild - Yumşaq
SizinKitab
Yoxsul insanlar - Fyodor Dostoyevski
Əsas qiymət
11.99₼
/
Yoxsul insanlar - Fyodor Dostoyevski - SizinKitab
Kitab haqqında
Fyodor Dostoyevskinin “Yoxsul insanlar” kitabında “Yoxsul insanlar” romanı, “Oxşar”, “Zəif ürək”, “Ev sahibəsi” povestləri, “Cənab Proxarçin” hekayəsi yer almışdır. «Yoxsul insanlar» romanı kiçik məmurun qəlb dünyası haqqında əsərdir. Əsərin əsas hadisəsi Makar Devuşkinlə Varvara Dobrosyolovanın məhəbbət tarixçəsindən ibarətdir. Söhbət eşq macərasından getmir, adi insani, humanitar məhəbbətdən və şəfqətdən gedir. Kimisə sevmək, kiminçünsə yaşamaq insanın əzəli istəyi kimi səciyyələndirilir. Makar Devuşkin artıq qocalmaqda olan, son dərəcə yoxsul və zavallı bir insandır. Varvara Dobrosyolova isə gənc və kimsəsiz bir qızdır. Devuşkinin bu qıza qarşı olan məhəbbətində atalıq qayğısı duyulur. Bu da daxildən gələn mənəvi ehtiyac kimi təzahür edir. Devuşkinin faciəsi, əslində, yoxsulluğun deyil, məhəbbətin faciəsidir, sevən ürəyin məğlubiyyətidir. “Oxşar” povestində iddialara və sosial ehtiraslara qapılmış kiçik insanın mənəvi iflası təsvir olunmuşdur. “Zəif ürək” povestində qəhrəman sosial mühitin nəticəsi kimi deyil, mənəvi-insani məzmunun daşıyıcısı kimi təsvir olunur. Vasyanın faciəsinin səbəbini onun zəifliyi ilə izah etmək düzgün olmazdı. O özünü öz səadətinə layiq bilmir. Vasya xoşbəxt ikən bütün insanları xoşbəxt görmək istəyir. “Ev sahibəsi” povestinin süjet xətti, xarakterləri və münaqişələri bir qədər mücərrəd şəkildə qurulmuşdur. Zəif ürəklər üçün azad seçim deyilən şey yoxdur, onları dəhşətə gətirən şey məhz azad seçim məsələsidir. “Cənab Proxarçin” hekayəsində Proxarçinin faciəsinin səbəbi onun yoxsulluğunda və cibinin boş olmasında deyil, daha çox onun məhəbbətsiz həyatında və qəlbinin boş olmasındadır. Səhifə sayı - 432 978-9952-36-278-7 Cild - Yumşaq
SizinKitab
Dirilmə - Lev Tolstoy
Əsas qiymət
11.99₼
/
Dirilmə - Lev Tolstoy - SizinKitab
Kitab haqqında
Tolstoy bu əsərində insanlar tərəfindən hazırlanmış qanunların həmişə qüsurlu olduğunu və kilsə təşkilatlarının ikiüzlülüyünü çatdırmağa çalışmışdır. Bu əsərdə də, digər romanlarında olduğu kimi, yazıçını maraqlandıran əsas məsələ insan məsələsidir. Əgər «Hərb və Sülh» romanında Tolstoy «xalq fikrini», «Anna Karenina»da «ailə fikrini» əsas götürmüşdüsə, «Dirilmə»də onu cəmiyyət məsələsi düşündürür və öz qəhrəmanlarını cəmiyyət fonunda təsvir edir. Onun qəhrəmanlarının başına gələn fəlakətlər ilk növbədə onların yaşadıqları cəmiyyətlə, bürokratik dövlət sisteminin yaratmış olduğu həyatla bağlanılır.
Səhifə sayı - 496 978-9952-36-189-6 Cild - Yumşaq
SizinKitab
Paris Notr-Dam kilsəsi - Viktor Hüqo
Əsas qiymət
11.99₼
/
Paris Notr-Dam kilsəsi - Viktor Hüqo - SizinKitab
Kitab haqqında
Dünya ədəbiyyatının ən məşhur əsərlərindən olan “Paris-Notr-Dam kilsəsi”romanında çoxdan unudulmuş dövrün tarixi təsviri ilə yanaşı sadə insanın günlük yaşamı və dəyərləri də canlandırılaraq kütləvi tarixi şüur, dünya və insan haqqındakı təsəvvürlərin spesifikası, insanların inam və ümidləri əks olunur. Əsərdə insanın azadfikirliyi və mənəvi müstəqilliyi konsepsiyası Fransadakı cari hadisələrlə əlaqələndirilir. Orta əsrlərin sonlarından bəhs edən romanında Viktor Hüqo gələcəyin keçmişin varisi olduğunu göstərməyə çalışır. Əsərdə dini inamın zəifləməsi, yüzillər boyu toxunulmaz olan ehkamlara qarşı şübhə, yeni təlimlərin bolluğu cəmiyyətin öz inkişafının son hədəfinə – demokratiyaya yaxınlaşmasına sübut kimi göstərilir. Yazıçı təsvir etdiyi dövrün əlamətlərini romanın əsas qəhrəmanlarının – Esmeraldanın, Kvazimodonun və Klod Frollonun xarakterlərində və talelərində təcəssüm etdirmişdir. Səhifə sayı - 512 978-9952-36-191-9 Cild - Yumşaq
SizinKitab
Susa bilmirəm - Lev Tolstoy
Əsas qiymət
9.99₼
/
Susa bilmirəm - Lev Tolstoy - SizinKitab
Kitab haqqında
Bu kitabda, başlıca olaraq, Tolstoyun öz sağlığında çapı senzura tərəfindən qadağan olunmuş məqalə və məktubları toplanıb. Bəlli olduğu kimi, Tolstoy ömrünün son illərində özünün dini, fəlsəfi, ictimai-siyasi baxışları ilə bağlı çoxlu əsərlər yazıb və onunla görüşən çağdaşlarının dediyinə görə, bu yazılarını bütün bədii yaradıcılığından, hətta ölməz “Hərb və sülh” romanından üstün sayıb. Bu yazılarına görə Tolstoy dövlət və kilsə tərəfindən təqib olunmuş, sıxışdırılmış, qaragüruh onun üzərinə qaldırılmış, rus kilsəsi Tolstoyu pravoslav-xristian məzhəbindən çıxardığını elan etmişdir. Bütün bunlara baxmayaraq, Tolstoy öz yolundan dönməmiş, sonradan dünyanın bir çox ölkələrinə yayılmış, elə indi də bir sıra izləri qalmaqda olan “tolstoyçuluq” adlı cərəyanın müddəalarının əks olunduğu məqalə və məktublarını öz tanışlıq çevrəsində yaymaqda davam etmiş, imkan düşdükcə Avropanın jurnal və qəzetlərində çap etdirmişdir. Tolstoyun bu düşüncələri bir sıra hallarda bugünkü oxucuya mübahisəli görünsə də, dahi yazıçının qələmindən çıxan və özünün məntiqi-psixoloji dərinliyi ilə seçilən bu yazıların böyük marağa səbəb olacağına inanırıq. Səhifə sayı - 304 ISBN 978-9952-38-013-2 Cild - Yumşaq
SizinKitab
Dəniz canavarı - Cek London
Əsas qiymət
9.99₼
/
Dəniz canavarı - Cek London - SizinKitab
Kitab haqqında
“Dəniz canavarı” Cek Londonun ən oxunaqlı romanlarından biridir. Müəllif uşaq vaxtlarından dənizi sevdiyi üçün mənzərələri sənətkarlıqla təsvir edib, buradakı təhlükəli anları təbii şəkildə qələmə alıb. Əsərin əsas qəhrəmanı Canavar Larsen dəniz pişiyi ovu ilə məşğul olan “Kabus” yelkənli gəminin kapitanıdır, o, yalnız özünün fiziki gücünə arxalanır, mərhəmətin nə olduğunu bilmir, heyvan xislətli, kobud bir dənizçidir. İnsan öldürmək onun üçün heç nədir, heç kimi bağışlamır, tətbiq etdiyi cəzaları insanları öldürməklə sona yetirir. Əsər həm də onunla mübarizə aparmaq məcburiyyətində qalan gənc alimlər Hemfri Van-Veyden və Mod Brüsterin möhkəm iradələrindən bəhs edir. ISBN 978-9952-36-967-0 Cild - Yumşaq
SizinKitab
Zəmanəmizin qəhrəmanı - Mixail Yuryeviç Lermontov
Əsas qiymət
5.49₼
/
Zəmanəmizin qəhrəmanı - Mixail Yuryeviç Lermontov - SizinKitab
Kitab haqqında
“Zəmanəmizin qəhrəmanı” romanı ən yaxşı kitablar arasında, şübhəsiz, öz yerini alır. Adsız səyyah tərəfindən danışılan əsərdə 19-cu əsr Rusiyasının burjua ab-havasını hiss etmək olar. Peçorin obrazı şairin təxəyyülünün deyil, cəmiyyətin formalaşdırdığı bir protaqonistdir. Surətin qarşısındakılarla olan münasibət – danışıqlarının səmimi, yoxsa süni olduğunu müəyyənləşdirmək olduqca çətindir; öz fikirlərinin özündən doğulduğuna şübhə etməmək mümkün deyildir. Oxucu vərəqlər sona yaxınlaşdıqca bir insanın cəmiyyət qarşısında büründüyü “personası”ndan çəkdiyi və çəkdirdiyi iztirabları görür, Peçorinin sadist və mazoxist tərəflərini aşkar edir, arada ona nifrət, bəzən də rəğbət bəsləyir. Dünya ədəbiyyatında Balzakın Rastinyajı, Stendalın Jülyeni, Oskar Uayldın Dorianı kimi, Lermontovun Peçorini də unudulmaz və təkrarolunmaz qəhrəmanlar sırasına daxil olmuşdur. Səhifə sayı - 216 AB 022051 / İN 0472 Cild - Yumşaq
SizinKitab
Yevgeni Onegin - Aleksandr Puşkin
Əsas qiymət
6.99₼
/
Yevgeni Onegin - Aleksandr Puşkin - SizinKitab
Kitab haqqında
“Yevgeni Onegin” Puşkinin ən sevimli əsəridir. Burada şairin bütün həyatı, gözəl hissləri, fikir və idealı ifadə olunub. Onegin obrazı böyük ümumiləşdirici qüvvəyə malikdir. Oneginin xarakterində Puşkin zəmanəsinin zadəgan-mülkədar gənclərinin keçdiyi yolu böyük sənətkarlıqla göstərə bilib. Tatyana obrazı dərin və mənalıdır. O, öz zövqü, əxlaqi görüşlərində möhkəmdir, yenilməzdir. Lakin bu mühit sağlam ruhlu gəncləri mənən şikəst edir, onları həyatın qaranlıq guşələrinə atır. Tatyana müstəqilliyə can atsa da, mənsub olduğu zümrənin kobud qanunları ilə üz-üzə gəlməli olur. Bu mühit gənc nəsil üçün qaranlıq bir zindan idi. Səhifə sayı - 216 AB 022051 / İN 0535 Cild - Yumşaq
SizinKitab
Anna Karenina - Lev Tolstoy
Əsas qiymət
16.99₼
/
Anna Karenina - Lev Tolstoy - SizinKitab
Kitab haqqında
Çox mübahisələrə səbəb olmuş məşhur roman. Müəllif bir evin, bir ailənin problemindən başlayır və bütün Rusiyanın üzləşdiyi çətinliklərə toxunur. Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında roman. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı. Amma o heç nəyə baxmadan bunların hamısından imtina edir! O özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir. Anna Karenina obrazı çox ziddiyyətlidir. Həyatı alt-üst olduğu üçün oxucunun ona yazığı gəlir, oynaşından ötrü öz oğlunu atdığı üçünsə oxucu ona nifrət edir. Səhifə sayı - 856 978-9952-26-451-7 Cild - Yumşaq
SizinKitab
Kerri Bacı - Teodor Drayzer
Əsas qiymət
9.99₼
/
Kerri Bacı - Teodor Drayzer - SizinKitab Kitab haqqında
Dünyaşöhrətli yazıçı və ictimai xadim, Amerika ədəbiyyatında realizmin ən görkəmli nümayəndələrindən sayılan Teodor Drayzerin bestsellərə çevrilən “Kerri bacı” romanında, qadın xoşbəxtliyinə aparan yolun təmiz və şərəfli, bu yolla gedənin isə ləyaqətli, namuslu, günahsız olduğunu vəsf edən Amerika həyat tərzi, sadə insanların mənəviyyatını pozan, onların saf, bakirə əxlaqına təcavüz edən burjua cəmiyyəti tənqid edilmişdir. “Kerri bacı” insan psixologiyası və cəmiyyətin təzadları baxımından olduqca maraqlı bir əsərdir. Səhifə sayı - 536 978-9952-26-801-0 Cild - Yumşaq
SizinKitab
Hamlet - Uilyam Şekspir
Əsas qiymət
7.49₼
/
Hamlet - Uilyam Şekspir - SizinKitab
Kitab haqqında
“Hamlet” Şekspirin ən uzun dramı, şübhəsiz ingilis və dünya ədəbiyyatının ən təsirli tragediyalarından biridir. Əsər Hamletin atasını öldürüb anası ilə evlənən və Danimarka taxtını ələ keçirən əmisi Klavdidən intiqam almaq cəhdləri üzərində qurulub. Dram həqiqi bir kədərdən bir qəzəbə çevrilmiş həyatı, dəlilik və dahilik arasındakı incə cizgini, insan münasibətlərini, xəyanəti və əxlaqsızlığı qələmə alır. Şekspirin Hamletin dilindən dedikləri yüzillərdir dünyanı düşündürür: “Olmaq, ya da olmamaq. Bütün problem budur”. Səhifə sayı - 208 AB 022051 / İN 0397 Cild - Yumşaq
SizinKitab
Qafqaz səfəri - Aleksandr Düma
Əsas qiymət
5.99₼
/
Qafqaz səfəri - Aleksandr Düma - SizinKitab
Kitab haqqında
Bu kitaba əsərləri ilə dünya şöhrəti qazanmış böyük fransız yazıçısı Aleksandr Dümanın (ata) – “Qafqaz səfəri” yol qeydlərinin Azərbaycanla bağlı olan hissələri daxil edilmişdir. Yazıçı – səyyah keçən əsrin ortalarında Azərbaycana gəlmiş, ərazimiz, tariximiz, xalqımız, adət-ənənələrimiz, maraqlı şəxsiyətlərimiz haqqında öz təəssüratlarını qələmə almışdır. Ümidvarıq ki, bu əsər müasir oxucuların da marağına səbəb olacaqdır. Səhifə sayı - 192 978-9952-26-792-1 Cild - Yumşaq
SizinKitab
Maqbet - Uilyam Şekspir
Əsas qiymət
5.99₼
/
Maqbet - Uilyam Şekspir - SizinKitab
Kitab haqqında Maqbet” faciəsi R.Hollinşedin “İngiltərə, Şotlandiya və İrlandiya xronikaları” əsəri əsasında yazılıb. Maqbeti qatil və zalım edən cəmiyyətdə insanlar arasında mövcud olan ziddiyyətlərdir. Maqbet özünün gücünə, qabiliyyətinə və bacarığına inanır. Lakin o, eyni zamanda əmindir ki, bütün bu üstünlüklərinə baxmayaraq, özünə layiq mənsəbə titula çatmayıb, odur ki, məqsədinə yetmək üçün cinayətə əl atır, qan tökür. Əsərin əvvəlində Maqbet Şotlandiyanın düşmənlərinə qalib gəlmiş, cəsur və xoştəbiətli sərkərdə kimi təqdim edilir. O, qəhrəmanlığına görə şöhrət qazanıb. Maqbetin hərəkətlərində daima xeyirlə şər bir-birini əvəz edir. Səhifə sayı - 176 AB 022051 / İN 0394 Cild - Yumşaq
SizinKitab
İki şəhərin hekayəti - Çarlz Dikkens
Əsas qiymət
9.99₼
/
İki şəhərin hekayəti - Çarlz Dikkens - SizinKitab
Kitab haqqında
Çarlz Dikkensin “İki şəhərin hekayəti” əsəri ingilisdilli ədəbiyyatda populyar romanlardan biri hesab olunur. Elə təkcə ingilis dilində bu roman 200 milyon tirajla çap olunub. Əsərin əsas qəhrəmanları Lüsi Manett və Çarlz Darney iki düşmən ailənin gəncləridir. Bu düşmənçilik ona gətirib çıxarır ki, Lüsinin atası doktor Manett iyirmi il həbsxanada yatır və nəticədə ağlını itirir. Təsadüf elə gətirir ki, Lüsi ilə Çarlz tanış olub bir-birini sevir, evlənirlər. Həmin vaxt Böyük Fransa İnqilabı yetişmək üzrəydi. 1789-cu ildə Bastiliyanın alınmasıyla inqilab başladı. Fransa qan gölündə üzürdü; inqilab qurban tələb edirdi. Həmin qurbanlardan biri də Çarlz Darney olmalıydı və iş elə gətirdi ki, Çarlz Darney inqilabçıların əlinə keçdi. Artıq sağalıb ağlı başına gəlmiş doktor Manett, Lüsi, ailənin yaxın dostu, qoca bank işçisi mister Lorri gənc Çarlzı xilas etmək üçün əllərindən gələni edirlər. Lakin heç bir nəticə alınmır. Bu yerdə istedadlı vəkil, Lüsini hədsiz dərəcədə sevən, lakin onunla evlənə bilməyən Sidni Karton işə qarışır. Karton bu işə qarışmaya da bilərdi, lakin qarışdı və öz həyatı bahasına Lüsinin həyat yoldaşını ölümdən xilas etdi... Səhifə sayı - 440 978-9952-36-421-7 Cild - Yumşaq
SizinKitab
Sirli ada - Jül Vern
Əsas qiymət
14.99₼
/
Sirli ada - Jül Vern - SizinKitab
Kitab haqqında
Jül Vernin yaradıcılığında “Sirli ada” romanı xüsusi yer tutur. “Sirli ada” əsəri hava şarı ilə əsirlikdən qaçmış mühəndis Sayrus Smit və onun dörd yoldaşının qəza nəticəsində kimsəsiz adaya düşmələrindən və oradakı macəralarından bəhs edir. Yazıçının kolonistlər adlandırdığı bu insanlar adadakı həyatlarından razıdırlar. Bu azad insanlar (azad yaşamağa layiq insanlar) Riçmondda quldarların əhatəsində qalmaqdansa, adada yaşamağı üstün tuturlar. Bu isə Amerikada vətəndaş müharibəsinin böyük dəhşətlərindən xəbər verirdi. Yazıçı “Sirli ada” sakinlərinin ayrı-ayrı xüsusiyyətlərini qeyd etsə də, bütövlükdə onları mərdlik, mübarizlik, gözütoxluq, ən əsası isə etibarlılıq birləşdirir. Kolonistlər, onlara çoxlu yaxşılıqlar etmiş, dəfələrlə onları böyük təhlükələrdən qoruyan sirli adamı tapıb ona təşəkkür etmək üçün heç bir fədakarlıqdan çəkinmir, onu tapmaq üçün adanı ələk-vələk edirlər. Səhifə sayı - 600 AB 022051 / İN 0359 Cild - Yumşaq
SizinKitab
Romeo və Cülyetta - Uilyam Şekspir
Əsas qiymət
7.49₼
/
Romeo və Cülyetta - Uilyam Şekspir - SizinKitab
Kitab haqqında
Romeo və Cülyetta bir-birinə düşmən olan iki ailənin uşaqlarıdır. Qarşılaşdıqları ilk anda aşiq olur və beləcə kədərli sonluqla bitən əhvalatları başlayır. Cülyetta Romeoya qovuşmaq üçün ailəsindən keçə bilmir, buna görə də özünü qurban vermək qərarına gəlir. Beləcə, rahibin köməyi ilə zəhər içir ki, hər kəs onu ölmüş bilsin. Ancaq Romeo döndüyündə Cülyettanın öldüyünü zənn edir və özünü öldürür. “Romeo və Cülyetta”da sadəcə eşqdən bəhs edilir deyilməməlidir. Bunu “ailələri düşmən olan, maneələrə baxmayaraq bir-birindən imtina etməyən aşiqlər” deyə izah etsək, daha doğru olar. Çünki dramın əsas mövzusu “eşq ölümü belə gözə alar” şəklindədir. Səhifə sayı - 192 AB 022051 / İN 0349 Cild - Yumşaq
SizinKitab
Otello - Uilyam Şekspir
Əsas qiymət
7.99₼
/
Otello - Uilyam Şekspir - SizinKitab
Kitab haqqında
“Otello”nu Şekspirin digər tragediyalarından fərqləndirən əsas xüsusiyyət odur ki, Otello nə kral, nə şahzadə, nə də kral olmaq ehtirası və bu ehtirası reallaşdırmaq arzusu olan biridir. Otello, sadəcə, Venesiya dövlətinə xidmət edən adi kapitandır. Şübhəyə əsaslanaraq qərar qəbul etmək, insanların taleyinə hökm etmək istəyi, hisslərin ən qarışığı olan sevgi və şübhəylə qarşı-qarşıya qalmaq əsərin əsas ideyasıdır. Faciə təkcə Otellonun yox, bütün insanlığın faciəsidir. Səhifə sayı - 240 AB 022051 / İN 0348 Cild - Yumşaq
SizinKitab
Stepançikovo kəndi və sakinləri - Fyodor Dostoyevski
Əsas qiymət
7.99₼
/
Stepançikovo kəndi və sakinləri - Fyodor Dostoyevski - SizinKitab
Kitab haqqında
Fyodor Dostoyevski “Stepançikovo kəndi və sakinləri” povestini iki il ərzində yazıb. Əsər 1859-cu ildə “Отечественные записки” jurnalında dərc olunub. 1860-cı ildə əsər dəyişiklik olmadan ayrıca kitab şəklində çap edilib. Yazıçının ölümündən sonra povest populyarlıq qazanıb, Foma Fomiç isə məşhur ədəbi qəhrəmana çevrilib. Əsərin baş qəhrəmanı istefada olan polkovnik Yeqor İlyiç Rostanyev xeyirxah, alicənab bir insandır, amma yumşaq xarakterə malik olduğundan çox tez təsir altına düşür. O, gözlənilməz halda Stepançikovo malikanəsini miras olaraq alır və uşaqları, eləcə də yaşlı anası Kraxotkina ilə oraya köçür. Dul qadın Kraxotkina himayə etdiyi Foma Fomiçi də malikanədə onlarla birlikdə yaşamağa dəvət edir. Foma Fomiç özünü məşhur filosof, müəllim və yazıçı elan edib öz şəxsiyyətinə qeyri-adi dərəcədə hörmət və ehtiram tələb edir. Özü öz evində ürəyi istədiyi kimi yaşaya bilməyən Yeqor İlyiç isə hətta sevdiyi qadına belə ürəyini açmaq ixtiyarına sahib deyil...
Redaktor: Günel Natiq Korrektorlar: Nigar Abdulla, Şəhla Yarı Texniki redaktor: Tural Zeynallı Üz qabığının tərtibatı: Rafael Qasım Kompüter tərtibatı: Rahilə Şamil
Romanda əsas qəhrəman yeniyetmə Holdenin dili ilə müəllif öz dövrünün Amrrikasında, geniş mənada bütün dünyada gedən proseslərə öz fikrini bildirir. Əsərdə açıq formada XX əsrin ortalarındakı amerikan həqiqətlərinin kəskin tənqidi, insanların ikiüzlülüyü, dinin lazımsız steorotipləri tənqid olunur. Maraqlı olan da budur ki, müəllif bütün bunları 16 yaşlı bir yeniyetmənin dilində mükəmməlliklə ifadə edə bilir. Əsərdə istifadə olunan geniş vulqarizmə, insanlardakı mənfi təsirinə görə əsər uzun müddət qadağan edilməsinə baxmayaraq, dünyada ən çox oxunan kitablardan biri ola bilmişdir. Roman nəşr edildiyi gündən əksər amerikan gənclərinin sevimli kitabına çevrilmişdir. Hətta əsərin təsirindən intihar edən bir neçə gəncə belə rast gəlinmişdir. ABŞ Prezidenti Ronald Reyqana sui-qəsd etmiş Con Hinklin sui-qəsddən əvvəl bu romanı oxumuşdur. Con Lennonun qatili Mark Çepmenin də üzərindən Devid Selincerin bu romanı tapılmışdır. Səhifə sayı - 256 2000019827962 Cild - Yumşaq
SizinKitab
Master və Marqarita - Mixail Bulqakov
Əsas qiymət
10.99₼
/
Master və Marqarita - Mixail Bulqakov - SizinKitab
Kitab haqqında
Əsərdə hadisələr, əsasən, Moskvada cərəyan edir. Burada detallar doğru-dürüst təsvir olunur: ziyalı elitasından ta vətəndaş kütləsinə, qulluqçulara, evdar qadınlara, küçədən keçənlərə, Varyete tamaşaçılarına qədər bütün şəhər əhalisi təqdim edilir. Onlar nə qədər müxtəlif olsalar da, ancaq bir cəhət ümumidir: əslində, onlar nə adamdırlar, nə də “canlıdırlar”, proqramlaşdırılmış varlıqlardır. Bulqakov Moskvasının hər bir sakini müəyyənləşdirilmiş istiqamət üzrə hərəkət edir, hər bir sosial statusun daşıyıcısı üçün nəzərdə tutulmuş hüdudlarda düşünə bilir. İnsanlar arasında əlaqələr, münasibətlər forması və strukturu dəyişməz qalır. Bu proqramlaşdırılmış çevrədən çıxmağa kimsənin gücü çatmaz. Onların varlığı elə-belə, sanki, riyazi minus işarəsi ilə, “tərsinə” mövcudluqdur. Bu məntiqlə yanaşılsa, Bulqakovun Marqaritası nə Madonnadır, nə də ifritə. Onun cinə-şeytana uyması nə günah, nə də tənəzzüldür, sağlamlıq və uçuşdur, özü də simvolik mənada deyil, nağıl fəlsəfəsində süpürgəyə minib uçmaq gerçək uçuşdur: şeytan onu sehrli avtomobilə mindirir. Burada hər şey əksinədir: Marqarita uşağı öldürmür, amma panikaya düşmüş evdə balaca oğlanı sakitləşdirir, onu oxşayır, anası Fridanı lənətdən xilas edir... Səhifə sayı - 408 9789952269086 Cild - Yumşaq
SizinKitab
Dəmir daban - Cek London
Əsas qiymət
7.99₼
/
Dəmir daban - Cek London - SizinKitab
Kitab haqqında
Məşhur fizik Kanningemin qızı olan Eviz sosialist Ernest Everqardla evlənməklə müasir cəmiyyətin iqtisadi əsaslarını dərindən öyrənərək, fəhlələrin ağır vəziyyətini yüngülləşdirmək üçün əri ilə birlikdə amansız sərt mübarizə aparır. O, ABŞ-dakı oliqarxların hakimiyyətini ‘Dəmir daban’ adlandırır. Romanda 1917-ci ilin payızı Çikaqoda üsyanın yatırılması zamanı törədilən məşhur qətliamın təsviri verilir.
Cek Londonun «Dəmir daban» əsəri XX əsr Amerika inqilabçısı Eviz Everqardın avtobioqrafik əlyazmasıdır. Roman milli bestseller kimi 1933-cü ildən sonra məşhurlaşdı. Bu əsərin üstünlük və nöqsanları barədə məşhur yazıçı Corc Oruell əsaslı fikirlər söyləmişdir. 1945-ci ildə o, roman haqqında oçerk dərc etdirərək əsərdə nəqletmənin zəifliyini vurğulamış və romanda rast gəlinən peyğəmbərcəsinə öncəgörmələri qiymətləndirmişdir. O demişdir: «London bəzi münasibətlərdə digər öncəgörənlərə nisbətən daha haqlıdır. O, yaxşı hekayəçi və yetərincə ardıcılı olmayan sosialist idi».Məşhur fizik Kanningemin qızı olan Eviz sosialist Ernest Everqardla evlənməklə müasir cəmiyyətin iqtisadi əsaslarını dərindən öyrənərək, fəhlələrin ağır vəziyyətini yüngülləşdirmək üçün əri ilə birlikdə amansız sərt mübarizə aparır. O, ABŞ-dakı oliqarxların hakimiyyətini ‘Dəmir daban’ adlandırır. Romanda 1917-ci ilin payızı Çikaqoda üsyanın yatırılması zamanı törədilən məşhur qətliamın təsviri verilir.
Cek Londonun «Dəmir daban» əsəri XX əsr Amerika inqilabçısı Eviz Everqardın avtobioqrafik əlyazmasıdır. Roman milli bestseller kimi 1933-cü ildən sonra məşhurlaşdı. Bu əsərin üstünlük və nöqsanları barədə məşhur yazıçı Corc Oruell əsaslı fikirlər söyləmişdir. 1945-ci ildə o, roman haqqında oçerk dərc etdirərək əsərdə nəqletmənin zəifliyini vurğulamış və romanda rast gəlinən peyğəmbərcəsinə öncəgörmələri qiymətləndirmişdir. O demişdir: «London bəzi münasibətlərdə digər öncəgörənlərə nisbətən daha haqlıdır. O, yaxşı hekayəçi və yetərincə ardıcılı olmayan sosialist idi». Səhifə sayı - 300 9789952267006 Cild - Yumşaq
SizinKitab
Pələng dərisi geymiş cəngavər - Şota Rustaveli
Əsas qiymət
9.99₼
/
SizinKitab
Gülən adam - Viktor Hüqo
Əsas qiymət
14.90₼
/
SizinKitab
Paris günləri - Banin
Əsas qiymət
13.99₼
/
Paris günləri - Banin - SizinKitab
Kitab haqqında
Azərbaycanlı xanım yazıçı 1924-cü ildə qatarla Lion vağzalına gəlir. Və hər şey bundan sonra başlayır. Parisdə yaşadığı ilk iki-üç ildə onun başına nələr gəlir? İlk rastlaşdığı insanlar, üzləşdiyi maddi sıxıntılar... Xüsusən maneken işlədiyi dövrləri sadə və zərif bir dildə təsvir edir. Roman Avropa həyatına uyğunlaşmağa çalışan şərqli bir qadının bəzən özünə belə etiraf etməkdən çəkindiyi arzu-istəklərdən, ən məhrəm duyğulardan bəhs edir. Burada nostalji hisslərlə qələmə alınmış vətən həsrətini də duymaq olar. Əsərdə həmçinin keçmiş Rusiya İmperiyasından Fransaya köçmüş mühacirlərin həyatı təsvir edilir. Nə qədər avtobioqrafik sayılsa da, romanda mühacirət həyatının bir sıra mühüm məqamları da öz əksini tapır. Səhifə sayı - 248 ISBN 978-9952-38-182-5 Cild - Yumşaq
SizinKitab
O - Stiven Kinq
Əsas qiymət
29.99₼
/
O - Stiven Kinq - SizinKitab
Kitab haqqında
Yeddi yeniyetmə əyalət şəhərciyi Derridə illər əvvəl əsl cəhənnəmlə üzləşir. Aradan xeyli vaxt keçir... Onlar böyüyürlər və ilk baxışdan həyatlarında yeni bədbəxtliklərə əsas verəcək heç nə baş vermir. Lakin bir gün o kabus geri qayıdır və yeddi dost yenidən keçmişdəki Şərlə döyüşə atılır. Bir sözlə, Derridə yenidən qan su yerinə axır və insanlar heç bir iz buraxmadan qeyb olmağa başlayırlar. Gecə kabuslarının yeni silsiləsi başlayır və olanlara uyğun ad tapmaq da mümkün deyil... Bu kitabda sizə Stiven Kinqin ən məşhur romanının tam mətnini təqdim edirik! Səhifə sayı - 1056 ISBN 978-9952-38-153-5 Cild - Qalın