Şahin öz sevgilisini bir-birinə qovuşduqları ilk gecədə itirir. O, bu itkinin arxasındakı sirri açmağa çalışır. Düz Osmanlı sarayına qədər gedib çıxır. Bu səyahətlə oxucu gözləmədiyi yerlərdə gözləmədiyi macəraların içinə düşür. Bir-birini əvəz edən cinayətlər müəmmalı hadisələrə doğru aparır. Nəhayət, Lalə Dövrünə son qoyan üsyan başlayır. Dağıdıcı siyasi qarışıqlıqda bütün sirlər açılır. Müəllif romanda vüsala çatmayan sevgililərin dərd-ələmli hallarını bütün əzəməti ilə qələmə alır. Səhifə sayı - 576 ISBN 978-9952-38-192-4 Cild - Yumşaq
SizinKitab
Arzulara aparan yol - Sara Bağırova
Əsas qiymət
7.00₼
/
Arzulara aparan yol - Sara Bağırova - SizinKitab
Kitab haqqında
Ömür paylarına sığmayacaq qədər olan istəkləri və arzuları olmasa insanların yaşadıqları həyat sayılmaz. Sevincin ən böyük arzusu sevib-seçdiyi sənətini mükəmməl bilmək istəyi olur. O unudulmaqda olan qədim nəğmələri, bayatıları, ağıları, folklor mahnılarını, bölgələrə aid dialekt sözləri yerlərdə bilmək üçün ata yurduna getməyə qərar verir. Onu arzularına aparan cığır ata ocağından başlayır. Arzularını yaşatmaq, arzuları ilə yaşamaq üçün Sevinc həyatın qarmaqarışıq, dolanbac yollarından keçməyi belə gözə alır. “Arzulara aparan yol” tələbə bir qızın sahib olmaq istədiyi sənətinə olan istəyindən bəhs edən romandır. Səhifə sayı - 200 ISBN 978-9952-38-212-9 Cild - Yumşaq
SizinKitab
Lolita - Vladimir Nabokov
Əsas qiymət
12.99₼
/
Lolita - Vladimir Nabokov - SizinKitab
Kitab haqqında
Romanın baş qəhrəmanı haqda xoş söz deməyə heç bir əsas yoxdur. O, öz qızlığına sataşacaq qədər alçaqdır. Əxlaqsızlığa parlaq misaldır. Lakin azğınlıq və yüngüllük çulğaşaraq onda şiddətli əzablara səbəb olur və bəzi duyğularını cəlbedici edir. Qəhrəmanın qəribəlikləri, əlbəttə, çətin həzm olunur. Etiraflarındakı səmimiyyət və doğruluq onu iblisanə hərəkətlərinin məsuliyyətindən azad etmir. Bütün qəzəb və nifrətimizə baxmayaraq kitabdan ayrıla bilmirik! Tərbiyəsiz qız uşağı, başı özünə qarışmış ana və ehtiraslarının əsiri olan atalıq bizə təhlükəli meyllər barədə xəbərdarlıq edir, mümkün bəlaları göstərir. Roman bizim hamımızı – valideynləri, müəllimləri, bütün yetkin insanları ayıq-sayıq olmağa, yeni nəsil üçün etibarlı mühit yaratmağa və sağlam gələcək yetişdirməyə sövq edir. Bu kitab 1955-ci ildə Fransada nəşr edilsə də uzun müddət İngiltərə, Argentina, Yeni Zelandiya, Cənubi Afrikada yayımına qadağa qoyulub. Səhifə sayı - 448 ISBN 978-9952-38-209-9 Cild - Yumşaq
SizinKitab
İblİs sonatası - Elmin Nicat
Əsas qiymət
9.99₼
/
İblİs sonatası - Elmin Nicat - SizinKitab
Kitab haqqında
Hər qarışında qan var bu dünyanın Hər toz zərrəsində insan cəsədi Və zaman cəzasız bir qatildir Hər anında ölümə məhkum edən hər kəsi Buludlar da göz yaşıdır Bir zamanlar Həvvanın gözlərindən buxarlanan Və həyat özü də bir cəzadır Tanrıdan bizə ismarlanan... Səhifə sayı - 168 İblİs sonatası Cild - Yumşaq
SizinKitab
Türkiyədə danışır Bakı - Gülnar Əhməd
Əsas qiymət
12.99₼
/
Türkiyədə danışır Bakı - Gülnar Əhməd - SizinKitab
Kitab haqqında
Bir mühacirin mücadiləsi “Türkiyədə danışır Bakı” romanında oxucu əvvəlcə 1980-ci ilin 12 sentyabr səhəri Türkiyədə mühacir azərbaycanlı ailənin hər an həbs olunacağını gözləyən üzvünün narahat vəziyyəti ilə tanış olur. Romanın baş qəhrəmanı orta yaşlı Orxan çevrilib arxaya, Nəqşibəndi təriqətindən olan atalarının Çar sürgünündən başlayaraq 12 sentyabra qədər gəldiyi yola baxır. Bu uzun, nahamar yolda ailənin üzvlərinin qarşılaşdığı hadisələr Rusiya İmperiyası, Osmanlı İmperiyası, Azərbaycan Xalq Cümhuriyyəti, Türkiyə Cümhuriyyəti, Azərbaycan Sovet Sosialist Respublikası və Azərbaycan Respublikasında baş verir. Bəlkə heç ataları mühacirliyi seçməməliydi? “Niyə bu torpaqda doğuldum?” Orxan daha sonra çevrilib öz keçmişinə, bir hissəsi Stalin repressiyalarında məhv olmuş babasına, əmilərinə; anasının dindar ailəsinə, millətçi atanın məcburən solçu olan, amma sürgündəki qohumlarına görə bolşeviklərə nifrətlə böyüyən oğluna – özünə baxır. Özünü tanıyandan başladığı ideallar uğrunda mübarizəyə davam etsin, yoxsa geriyə çəkilib Çar kazaklarının ayağı altından sağ çıxmış ailəsinin çətinliklə xilas etdiyi davamçılarını qorusun? Orxan SSRİ-nin çöküşü ərəfəsində gəzdiyi ucsuz-bucaqsız Rusiyanı və ahıl yaşlarında səfər etdiyi Azərbaycanı tanıyır. Bundan sonra atalarının mühacirlik seçiminə münasibəti müəyyənləşir. Romandakı içtimai-siyasi xadimlərin (Mustafa Vəkilov, Rəhim Vəkilov, Əhməd Cəfəroğlu, Vəfa Quluzadə, Mirvarid Dilbazi və s.) dialoqları orijinalda olduğu kimi saxlanılıb. Səhifə sayı - 368 ISBN 978-9952-38-199-3 Cild - Yumşaq
SizinKitab
Mantissa - John Fowles
Əsas qiymət
11.99₼
/
Mantissa - John Fowles - SizinKitab
Kitab haqqında
“Mantissa” Faulzun yaradıcılığında ən kəskin tənqidlərlə üzləşən romandır. Bəs, bu kütləvi tənqidin səbəbi nə idi? Erotika? Bu, Faulzun yaradıcılığının ana xəttidir. Yazıçı Mayls Qrin gözünü xəstəxana otağında açır. O, yaddaşını tamamilə itirmiş vəziyyətdədir. İlham pərisi Erato da öz növbəsində qayğıkeş həkim, onu anti-feminist, burjua elitist kimi tənqid edən, “ədəbi cinayətləri” ndə günahlandıran pank, bir geyşa və Qrinin yarı bulanıq dünyasında nüfuzlu dryad kimi səhnəyə çıxır. Faulz “Mantissa”da yazıçı Mayls Qrin ilə ilham pərisi arasındakı fiziki və ruhi münasibəti qələmə alır. Con Faulz Mantisada toxuduğu “zərif, lakin güclü tor”da ədəbiyyat, eşq və erotizmi müxtəlif müstəvilərdə bir araya gətirsə də, oxucunu əyləndirməklə yanaşı, düşündürməkdən əl çəkmir. Səhifə sayı - 280 ISBN 978-9952-38-176-4 Cild - Yumşaq
SizinKitab
Zolaqlı pijamalı oğlan - John Boyne
Əsas qiymət
9.99₼
/
Zolaqlı pijamalı oğlan - John Boyne - SizinKitab
Kitab haqqında
Hitlerin yəhudilərə qarşı amansız rəftarı sərhəd tanımır. Auşvits yəhudilərlə dolub. İki dostun ürək parçalayan hekayətidir bu roman. Dostların biri Auşvits rejiminə nəzarət edən komandanın oğlu, digəri isə həbsxanada qəddar işgəncələrə məruz qalan yəhudi ailəsinin üzvü... Onların öz dünyası var, öz oyunları, öz məşğuliyyətləri, heç zaman ağıllarına gəlməyən dəhşətli bir sonluğun astanasında əyləncə axtarışındadırlar. Uşaq məsumluğu onları qaz kamerasının ağzına qədər dartıb gətirir...
Səhifə sayı - 208 978-99-52-36-722-5 Cild - Yumşaq
Səhifə sayı - 208 978-99-52-36-722-5 Cild - Yumşaq
SizinKitab
Mifin gücü - Jozef Kempbell
Əsas qiymət
13.99₼
/
Mifin gücü - Jozef Kempbell - SizinKitab
Kitab haqqında
Romandakı hadisələr iki əsas xətt üzrə cərəyan edir. Biznesdə uğurlar əldə edən dostlardan birinin səhvi hər kəsin həyatına təsir edir. İçində olan şeytani hissləri boğa bilməyən Tərlanın hərəkətləri günümüzün reallıqlarını xatırladır. O, xəyanəti yalnız onu dünyalar qədər sevən həyat yoldaşına deyil, həm də ən yaxın dostlarına edir. Heç kəsin gözləmədiyi halda baş verən qətl hadisəsi isə hətta xəyanətkarları da təəccübləndirir. Bu qətlə görə onlar mütləq cavab verməlidirlər. Məhz bu dönəmlərdə ucqar rayonların birində azyaşlı qız yoxa çıxır. Onun axtarışlarına hər kəs cəlb olunsa da, bu bir nəticə vermir. Bir aydan sonra kənddə meyit aşkar olunur. Yandırılmış qız meyiti hər kəsi çox sarsıdır. Həmin meyitin azyaşlı Səbinəyə məxsus olduğunu müəyyən edən istintaq orqanı cinayəti törətməkdə Mahiri günahkar bilərək həbs edir. İstintaq təcridxanasında Tərlanla bir kamerada saxlanılan Mahirin gələcəyi isə yalnız bir nəfərdən asılıdır. Əsərin sonunda qanunla ədalətin mübarizəsi gedir. Qanun Mahirin, ədalət isə Tərlanın taleyini müəyyən edir. Qətlə yetirilmiş qardaşının qan haqqına sahib Çiçəyin qərarları qadın qisasının fərqliliyini göstərir. Səhifə sayı - 352 ISBN 978-9952-38-163-4 Cild - Yumşaq
SizinKitab
Min möhtəşəm günəş - Xalid Hüseyni
Əsas qiymət
9.99₼
/
Min möhtəşəm günəş - Xalid Hüseyni - SizinKitab
Kitab haqqında
Roman Əfqanıstanı darmadağın edən müharibənin qurbanı olmuş iki əfqan qadınının həyatından bəhs edir: əfqanlı zəngin birisinin nikahdan kənar qızı, uşaqlıqdan ailə sevgisindən məhrum olmuş Məryəm və mehriban ailənin sevimli qızı, maraqlı və rəngarəng həyat arzusunda olan Leyla. Onların arasında ümumi heç nə yoxdur, ayrı-ayrı dünyalarda yaşayırlar, amma müharibə onların həyat yolunu birləşdirir. Özləri də bilmir onlar kimdir – rəqib, rəfiqə, yoxsa bacı. Təklikdə orta əsr desportizminə, amansızlığa qarşı dura bilməyəcəklərini başa düşüb birlikdə mübarizə aparırlar, ağır sınaqlardan keçirlər. “Min möhtəşəm günəş” güclü, dramatik, lirik romandır – oxucu qəlbini riqqətə gətirən ağrısı, sevinci ilə, nəcib məqsədi, sonsuz lütfü ilə. Səhifə sayı - 456 9789952264883 Cild - Yumşaq
SizinKitab
Tatar çölü - Dino Buzzati
Əsas qiymət
6.99₼
/
Tatar çölü - Dino Buzzati - SizinKitab
Kitab haqqında
Gənc leytenant Covanni Droqo hərbi xidmət keçdiyi Bastiani qalasında sıxıntılı günlər yaşayır. Orada heç bircə gün də qalmaq istəmir. Amma zaman keçdikcə hər şey dəyişir. Bir-birini əvəz edən maraqlı hadisələr, gənc zabitin hərbçi qüruru və Tatar çölünün vəhşi cazibəsi onu öz sehrinə salır. Dünya ədəbiyyatının şedevrlərindən sayılan roman həyatın mənasına və insanın taleyə boyun əyməsinə tamam fərqli yöndən yanaşır. Səhifə sayı - 288 ISBN 978-9952-26-431-9 Cild - Yumşaq
SizinKitab
Bülbülü öldürmək - Harper Lee
Əsas qiymət
11.99₼
/
Bülbülü öldürmək - Harper Lee - SizinKitab
Kitab haqqında
Balaca bir qızın söylədiyi bu həyat hekayəsi çox dramatik və təsirlidir. Müəllif uşaqlıq xatirələrindən yola çıxaraq möhtəşəm bir roman yaradıb. Buna görə də onu Amerika ədəbiyyatının şah əsəri hesab edirlər. Süjet boyu oxucu mərhəmət və qəddarlıq, sevgi və nifrət kimi zidd anlayışlarla qarşı-qarşıya qalır. Kitab çap olunduğu il bestsellerə çevrilib, tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. Növbəti il Pulitzer mükafatına layiq görülüb. İndiyədək dünyanın 40 dilində 18 milyon nüsxədən çox nəşr olunub. Sonralar əsər əsasında film də çəkilib. Bütün bu ağlagəlməz uğurlarına baxmayaraq müəllif öz romanını sadə sevgi hekayəsi adlandırıb. Səhifə sayı - 448 9789952366464 Cild - Yumşaq
SizinKitab
Hərflərin vahiməsi - Aqşin Yenisey
Əsas qiymət
9.99₼
/
Hərflərin vahiməsi - Aqşin Yenisey - SizinKitab
Kitab haqqında
Çox səsli roman janrında yazılan “Hərflərin vahiməsi”nin mövzusu XX əsrdən üzü bəri bir-birini izləyən modern romanların bəhs etdiyi iqtidar-sənət qarşıdurmasıdır. Bu, əslində, güc olanla estetik olanın konfliktidir. Müəllifin məqsədi iqtidar gücünün ona qarşı müxalif olan sənəti öz nəzarətində saxlamaq üçün hansı bürokratik oyun qaydalarını işə saldığını və bu oyunun iştirakçısına çevrilən sənət adamının hansı faciələrlə üzləşdiyini göstərməkdir. İqtidarın ideoloji maraqlarından doğan himayədarlıq təklifinə özünün acınacaqlı ehtiyaclarının dili ilə cavab verən yazar, öz timsalında sənətin ürək həqiqətini həyatın çörək həqiqətinə qurban verdiyinin fərqində. O, seçim qarşısındadır; ya məşəqqətli, amma yaradıcı azadlıq, ya da gücün himayəsinə sığınan qısır və tox rahatlıq. Romanın qəhrəmanı mənsub olduğu cəmiyyətin fikrini öyrənmək istəyir. Artıq əxlaqi aşınmaya uğradılmış cəmiyyət ona aşağılayıcı bir dillə ikincini seçməyi, yəni azadlığını rahatlığına qurban verməyi məsləhət görür. Fərd və cəmiyyət dialoqu fərdin məğlub olması ilə başa çatır. Beləliklə, siyasət oyuna çəkdiyi sənəti neytrallaşdırır, onu bir heçə çevirir. Söz çörəyə, gözəllik gücə yenilir. Zəncirini qırmış fərd öz mağarasına geri qayıdır, lakin o, artıq burada heç kimə lazım deyil.
Səhifə sayı - 144 ISBN 978-9952-38-168-9 Cild - Yumşaq
SizinKitab
Alma - J.M.Q. Lö Klezio
Əsas qiymət
10.99₼
/
Alma - J.M.Q. Lö Klezio - SizinKitab
Kitab haqqında
Roman bir-biriylə əlaqəli iki hekayədən – insanlar tərəfindən nəsli kəsilmiş “Dodo” quşunu axtaran Jeremiylə insanları güldürmək üçün doğulmuş “Dodo” ləqəbli Dominikdən bəhs edir. Onları birləşdirən məkan isə Alma adasıdır. Yazıçı əsərdə şəkər qamışı plantasiyalarından, quldarlıqdan, insan ayağı dəyməyənə qədər adada məskunlaşmış əfsanəvi Dront quşundan, əvvəllər adanın onda doqquzunu örtən, qaçaq qulların xatirələriylə dolu olan, indi isə ovuc boyda qalmış meşələrdən bəhs edir. Ailəsinin keçmişdə gizli qalmış sirlərini araşdırmaq üçün adaya qayıdan Jereminin axtarışlarının iziylə gedərək, oxucuya bütöv bir tarixi dövrün, bu dövrün insanlarının, adından başqa heç nəyi olmayan qulların hekayətindən, quldar nəslindən olanların keçirdiyi günahkarlıq hissindən söz açır. Səhifə sayı - 336 ISBN 978-9952-38-063-7 Cild - Yumşaq
Gürcü yazıçının əsəri Norveçə səyahət haqqındadır. Əslində, bu “səyahət” əsl səyahətdən xeyli əvvəl başlayıb. Müəllif bədii kitablardan aldığı uşaqlıq təəssüratları ilə o yerlərin xəyalını qurub. Kitabı təxəyyüllə gerçəkliyin müqayisəsi ərsəyə gətirib. Xatirələr və real təəssüratlar Norveçlə Gürcüstanı birləşdirib. Norveç dağlarında, komalarında yazılan, bu möhtəşəm Skandinaviya ölkəsinin ədəbiyyatından, təbiətindən və insanlarından bəhs edən əsər oxucuya vazkeçilməz duyğular yaşadır. Səhifə sayı - 144 ISBN 978-9952-38-101-6 Cild - Yumşaq
SizinKitab
Zinka Adamyan - Ana Kordzaya-Samadaşvili
Əsas qiymət
9.99₼
/
Zinka Adamyan - Ana Kordzaya-Samadaşvili - SizinKitab
Kitab haqqında
Əsərin baş qəhrəmanı həyatın ağır sınaqlarından keçmiş bir akkordeonçudur. Özü gürcü olsa da, soyadı qəribədir: Adamyan. Bəlkə də, özü uydurub bu soyadı. Çünki cürbəcür əhvalatlar uydurub söyləməyi və gülümsəməyi çox sevir. Tale də onun üzünə gülümsəyib. Həyatındakı çətinliklərə baxmayaraq, ona “Raviata” akkordeonunu, yaxın dostları Kotiki və Datanı, onu gizli-gizli sevən Tamrikonu və nəvəsi Zinkanı hədiyyə edib. Səhifə sayı - 176 ISBN 978-9952-38-111-5 Cild - Yumşaq
SizinKitab
Ağlasığmaz - Adam Faver
Əsas qiymət
14.99₼
/
Ağlasığmaz - Adam Faver - SizinKitab
Kitab haqqında
Bir səhər yuxudan oyanan kimi ağlına illərdən bəri görmədiyin dostun gəlir. Bir saat sonra onunla küçədə rastlaşırsan. Səncə, bu, təsadüfdürmü? Heç lotereyada udmusan? Yox? Amma udanlar var. Həm də davamlı! Onlar səndən daha şanslıdırmı? Ümumiyyətlə, şans deyə bir şey varmı? Sənə sirli şəkildə tanış gələn predmet və hadisələr necə? Sanki əvvəllər hardasa görmüsən. Bu, keçmişdir, yoxsa gələcək? Yuxudur, yoxsa gerçəklik? Bütün bu suallara cavab tapmaq istəyirsənsə “Ağlasığmaz” romanını mütləq oxu. Bu, insanı düşündürən, riyazi nəzəriyyələrlə macəranı birləşdirən bir kitabdır. Romanın sonunda bir tərəfdən şizofreniyanın həqiqi səbəbləri haqqında düşünəcək, o biri tərəfdən adi bir hərəkətin insan həyatını necə dəyişdiyinə təəccüblənəcəksən.
Səhifə sayı - 544 ISBN 978-9952-38-108-5 Cild - Yumşaq
SizinKitab
Koma - Tural Həsənli
Əsas qiymət
9.99₼
/
Koma - Tural Həsənli - SizinKitab
Kitab haqqında
İlk yazmağa başladığım günü düşünürəm. Həyata gecikdiyimi düşünmüşdüm. İkincini qələmə alan zaman psixoloji bir dram içindəydim. Üçüncünün ərsəyə gəlməsi hərbi xidmətimin təsirində qaldığım müddəti əhatə edirdi. Onlar olmasaydı, təşəbbüs də olmazdı. Əlinizdə tutduğunuz bu kitab isə digərlərindən fərqli olaraq daha gözəl bir dünya naminə, xətrinə xəstə misalı, içində hamımıza ehtiva edən böyük bir komadır. Haradan baxsanız, on il var ki qələmlə dərdləşir və bir şey yazmağa çalışıram. Varlıq kimi yoxluqlar da bu həyatdan bizə ərməğandır. Məhz bu səbəbdən də qazanclarımın olduğu kimi son on il müddətində, eyni zamanda bir çox şeyin yoxluğunu çəkdim. Hərçənd heç zaman düşüncə yoxluğu yaşamadım, yaşamın düşüncəsiz var olmayacağına inandım. Həyatımın hər bir hissəsində var olmağıma səbəb olan düşüncələrim mənimlə idi. Düşündükcə böyüdüm və böyüdükcə dünyaya baxışım dəyişdi. Mən dəyişdikcə də ətrafımı dəyişdirməyə davam etdim. Beləcə gördüm ki, gələcək düşüncələrimlə formalaşır. Dəyişmək gözəl idi, amma dəyişməyən ən gözəl şey qələmimə istiqamət verən sevgi idi. Bu, bir sevgi, bu, bir dəyişim, bu, bir dünya hekayəsidir. Bu, gənc bir yazarın içində yaşadığı “Koma”dır (komadır). Hər köşədə bir az mən, bir az sən, bir az biz varıq. Bəyəm varlığımız ən böyük xəzinəmiz deyilmi? Səhifə sayı - 376 ISBN 978-9952-38-150-4 Cild - Yumşaq
SizinKitab
Güzgüdəki naməlum adam - Sidni Şeldon
Əsas qiymət
12.99₼
/
Güzgüdəki naməlum adam - Sidni Şeldon - SizinKitab
Kitab haqqında
Zaman insanı necə məğlub edir? O, taleyimizdə hansı izləri buraxır? Öz faniliyini dərk etməyən insan üçün bu suallar əhəmiyyətsizdir. Su kimi axıb gedən zaman artıq ikinci plandadır. Hədəf şöhrət, məşhurluq və göz qamaşdıran dəbdəbədir. “Amerika cənnəti” Hollivudda baş verənlər əslində insanın nəfsi ilə imtahanıdır. Təsadüfən şöhrət zirvəsinə qalxanlar bir gün hər şeyini itirərək zamana məğlub olurlar. Roman çılğın şöhrət düşkünlərinin xəyal qırıqlığından bəhs edir. O adamlar ki, güzgüdəki simalarını belə tanıya bilmirlər... Səhifə sayı - 384 ISBN 978-9952-38-114-6 Cild - Yumşaq
SizinKitab
Klarnetçi - Ercüment Cengiz
Əsas qiymət
11.99₼
/
Klarnetçi - Ercüment Cengiz - SizinKitab
Kitab haqqında
Bir meyxanada klarnet ifa edən 17 yaşlı Osmanın həyatı qəfil dəyişir: Sultan II Əbdülhəmidin əmri ilə onu Amerikaya gedən musiqi heyətinə daxil edirlər. Orada mütəxəssislər tərəfindən kəşf olunan gənc Osman caz qrupları arasında yer tutur. Lakin İstanbulu, orada tərk etdiyi sevgilisini və qan qardaşını unuda bilmir. Sehrli səsi ilə tədricən yeni bir obraza çevrilən klarnet oxucunun bildiyi, lakin personajların bilmədiyi yandırıcı bir sirri gözlənilməz finala doğru aparır. Maraqlı məkanları, canlı hekayəsi və orijinal mövzusu ilə diqqət çəkən əsər 2012-ci ildə Everestin ilk Roman Mükafatını qazanıb.
Səhifə sayı - 400 ISBN 978-9952-38-094-1 Cild - Yumşaq
SizinKitab
Qan kimi qırmızı - Salla Simukka
Əsas qiymət
10.99₼
/
Qan kimi qırmızı - Salla Simukka - SizinKitab
Kitab haqqında
Romanın qəhrəmanı təhlükə dolu hadisələri keçib məqsədinə çatır. Bəs bu qəhrəmanı fərqləndirən cəhət nədir? O, zərif cinsin nümayəndəsidir! Əsərdə ifrat feminizm hiss olunmur. Lakin müsbət kişi obrazı yoxdur. Bütün kişilər cəzalanır: məktəbdən qovulur, həbsə gedir, ölür, yataqda əl-qolu bağlanaraq gülünc hala salınır. Qalib gələn isə yalnız İKİ RƏFİQƏdir. Buna görə romanı feminist adlandırmaq olar. Bədii baxımdan «Qan kimi qırmızı» müasir romançılığın yaxşı nümunəsidir. Detektiv, macəra, insan, təbiət, qorxu, zəfər, şəhvət və sevgi kimi anlayışlar bir-biri ilə uğurlu şəkildə çulğaşaraq maraqlı əsərə çevrilir. Səhifə sayı - 224 ISBN 978-9952-38-126-9 Cild - Yumşaq
Of-Fred əvvəllər Birləşmiş Ştatlar adlandırılan Gilead Respublikasında, dini-totalitar dövlətdə xidmətçidir. O, Komandor Fred Uoterfordun evinə göndərilib; onun adı Of-Freddir, yəni “Fredə məxsus”. Of-Fredin yalnız bir vəzifəsi var: doğub-törəmək. Əgər o, viranə qalmış, kimsəsizləşmiş dünyanı yenidən məskunlaşdırmaq üçün seksual köləliyə girməkdən imtina edərsə, asılacaq. Amma, hətta repressiv bir dövlət də ümid və arzunu yox edə bilməz. İnqilabdan əvvəlki həyatını ara-sıra xatırlayan Of-Fred günümüzün qorxunc işgəncə və təqiblər dünyasında, həmçinin gələcəyinin asılı olduğu iki kişi arasında vurnuxmağa məcburdur. Məharətlə düşünülmüş və təsvir edilmiş, gələcəyə dair bu maraqlı mənzərə Marqaret Etvudu distopik fantastikanın ön cərgələrinə çıxarır. Səhifə sayı - 448 ISBN 978-9952-38-025-5 Cild - Yumşaq
SizinKitab
Gertruda - Herman Hesse
Əsas qiymət
6.99₼
/
Gertruda - Herman Hesse - SizinKitab
Kitab haqqında
Başına qəfil gələn bədbəxt hadisə nəticəsində ömürlük şikəst qalan gənc musiqiçi Kunun qayğısız həyatı еlə bu hadisə ilə başa çatır. O, həyatının tək təsəllisini yaradıcılıqda görməyə başlayır, bütün gənclik еnеrjisini işə sərf еtməyə qərar verir. Oxucu onun qarşılıqsız sеvgi, səmimi dostluq, şöhrət dolu həyatına laqеyd qala bilməyəcək... Səhifə sayı - 264 ISBN 978-9952-38-081-1 Cild - Yumşaq
SizinKitab
Sevgi səhrası - Fransua Moriak
Əsas qiymət
5.99₼
/
Sevgi səhrası - Fransua Moriak - SizinKitab
Kitab haqqında
Bədənlərin yardımına ehtiyac duymadan ruhların bir-biri ilə dil tapacağı o gün gələcək... Bu məhəbbət üçbucağının, bu eşq fırtınasının iki bucağında həkim ata və sərsəm oğul dayanıb. Üçüncü tərəf bütün Bordonu ovsunlayan sehrli qadın hər ikisinə eyni uzaqlıqdadır. Nobel mükafatı laureatı Fransua Moriak yaradıcılığında məhəbbət mövzusuna geniş yer ayırıb və müxtəlif əsərlərində bu yüksək bəşəri hissi fərqli rakurslardan işıqlandırmağa çalışıb. Yazıçının 1925-ci ildə qələmə aldığı bütün dövrlərin ən maraqlı sevgi romanlarından olan “Sevgi səhrası” Fransız Akademiyasının mükafatına layiq görülüb. Tərcüməçi - Zahid Sarıtorpaq ISBN 978-9952-38-082-8 Cild - Yumşaq
SizinKitab
Söyüdlü arx - İlyas Əfəndiyev
Əsas qiymət
6.99₼
/
Söyüdlü arx - İlyas Əfəndiyev - SizinKitab
Kitab haqqında
Yazıçının ilk romanıdır. Milli nəsrimizdə lirik-psixoloji təmayülün başlanğıcı hesab edilir. Əsərdə dostluq, azadlıq, birlik, zəhmətkeşlik kimi bəşəri dəyərlər kənd həyatının fonunda real təsvirlərlə və canlı dildə təqdim edilir. Dialoqlar təsirli ifadə tərzi, kəskinliyi və dramaturgiyası ilə seçilir. Roman nəşr olunan kimi oxucuların ürəyinə yol tapdı, sevildi və dünyanın bir çox dillərinə tərcümə olundu. Səhifə sayı - 224 9789952367768 Cild - Yumşaq
SizinKitab
Kor bayquş - Sadiq Hidayət
Əsas qiymət
5.99₼
/
Kor bayquş - Sadiq Hidayət - SizinKitab
Kitab haqqında
Modern İran ədəbiyyatının parlaq imzalarından olan Sadiq Hidayətin bu romanı öz ölkəsində qadağan edilmişdi. “Kor bayquş” kitab kimi ilk dəfə 1937-ci ildə Hindistanda çap olundu. Əsərdəki hadisələr zaman və məkan xaricində cərəyan edir. Həmçinin hamı bir nəfər, bir nəfər hamıdır. Bir-birilə həm bağlı, həm də ayrı olan bir kişi və bir qadın qəhrəmanın həyati təsvirləri mifik psixoloji düşüncələr arasında əriyir, oxucunu mürəkkəb insan yaşantılarının dərin qatlarındakı sirli detalların təsirinə salır. İndi və keçmiş, yaddaş, xatirə və xəyallar görünməz tellərlə birləşərək hadisələrin həqiqətlə mücərrədlik arasındakı axınına şahidlik edir. Səhifə sayı - 112 ISBN978-9952-38-057-6 Cild - Yumşaq