Uğurun qanunu: On altı dərsdə - Napoleon Hill - SizinKitab
SizinKitab

Uğurun qanunu: On altı dərsdə - Napoleon Hill

Əsas qiymət 11.90₼
/

Uğurun qanunu: On altı dərsdə - Napoleon Hill - SizinKitab

Kitab haqqında


“Uğurun qanunu” – həyatda müvəffəqiyyət qazanmaq haq­qında olduqca populyar kitablar müəllifi Napoleon Hillin əsas əsəridir. Müəl­lif bu kitabda Amerikanın çox vaxt sıfırdan başlamış, “taleyin zərbələri universitetləri”ndə təcrübə toplamış ən görkəmli biznesmenlərinin həyatını və qazandıqları nailiyyətləri təhlil edərək vurğulayır ki, “uğuru tutmaq olmaz”, ona “ümumdünya cazibə qanunu kimi dəyişməz olan qanunları mənimsəyərək və tətbiq edərək” çatırlar. “Həyat döyüşündə qalib gəlməyə kömək edən” qanunların öyrənilməsinə həsr olunan bu əsərdə oxucu uğurun bütöv fəlsəfəsini tapacaq. Bu fəlsəfənin əsasında “müvəffəqiyyətə gedən yolda əsas maneə olan şəxsi zəifliklərin öhdəsindən gəlmənin strategiyası” durur və müəllif öz-özünü tərbiyələndirmə ilə bağlı psixoloji sistemə uyğun ardıcıllıqla bir çox faydalı məsləhətlər verir. Hill “həyat dənizində məqsədsiz üzənlərin” “mürgüləyən imkanlarını” oyatmağa, öz talelərinin kapitanı olmağa çağırır, çünki “insanın nə istədiyini bilməsi müvəffəqiyyət qazanmaq uğrunda döyüşdə qələbənin tam yarısıdır”. Müəllif əyani misallar gətirir, öz başına gələn, son nəticədə ona “özünü kəşf etməyə”, qabiliyyətini tapmağa kömək edən hadisələrdən bəhs edir.

SBN 978-9952-36-756-0


Ölçü 130x200


Cild Yumşaq


Səhifə sayı 448


Tərcüməçi Müqəddəs Şahbazov