İuda İskariot - Leonid Andreyev
Əsas qiymət 8.40₼İuda İskariot - Leonid Andreyev - SizinKitab
Rus ekspressionisti Leonid Andreyevin "İuda İskariot" povesti bəşər oğlunun üzərində əsrlərdir baş sındırdığı mövzuya - insan xəyanətkarlığı mövzusuna həsr olunub. Yazıçı bu əsərində ən qədim satqınlıq əməlinin mahiyyətini, bu əməli törədən İudanın daxili aləmini, onu belə addım atmağa sövq edən insani motivləri açıb göstərməyə cəhd edir.
Leonid Andreyev 1907-ci ildə tamamladığı əsəri haqda deyirdi ki, burada əsas məqsədi xəyanətkarlığın psixologiyasını açmaq olub. Müəllif əsərin "qəhrəmanı" olan İudanı olduğu kimi göstərmək üçün onu digər həvarilərlə müqayisə edir. O, İudanın "pis adam" olduğunu bildirir, bunun səbəblərini anlamağa çalışır.
Əsərdə İsa Məsihin digər şagirdlərinin də portreti yaradılıb. Yazıçı onları "dünyəvi və adi insani keyfiyyətlərə malik adamlar" kimi təsvir edir: Pyotrun həyat eşqi güclüdür, o, şən və hay-küylüdür; "İsanın ən sevimli şagirdi" olmaq istəyi ilə alışıb-yanan İohann sadəlövh, amma qürurludur; Foma təbiətcə sakit adamdır, çox ciddi və tədbirlidir, dərin mühakimələr yürütməyə meyillidir. Bu həvarilərin heç biri İudaya ciddi yanaşmır, onu yalançı, hiyləgər və qeyri-səmimi sayır, eyni zamanda ondan ehtiyat edirlər...
Leonid Andreyevin bu povesti zamanında ciddi ədəbi-fəlsəfi müzakirələrə səbəb olub, eyni zamanda sərt tənqidlərə məruz qalıb. Povesti yüksək qiymətləndirən Lev Tolstoy deyirdi ki, Andreyevin təsvir etdiyi İuda öz süniliyi və saxtakarlığı ilə adamı dəhşətə gətirir. Əsəri "Bibliyanın astar üzü" adlandıranlar da olub, "ədəbi inci" sayanlar da...
Kitaba yazıçının müxtəlif illərdə yazdığı hekayələri də daxil edilib.
Azərbaycan dilində
Yumşaq üz qabığı
172 səhifə
Ölçü: 148X210 mm