Həyatımızdakı Satış ,Satışımızdakı Həyat - Ənvər Yavəroğlu - SizinKitab
SizinKitab

Həyatımızdakı Satış ,Satışımızdakı Həyat - Ənvər Yavəroğlu

Əsas qiymət 8.00₼
/

Həyatımızdakı Satış ,Satışımızdakı Həyat - Ənvər Yavəroğlu - SizinKitab

Kitab haqqında

 

Gələcək keçmişdəki kimi gəlməyəcək və keçmiş də gələ­cəkdəki kimi keçmədi. Bu cümləni çox sevirəm.

Çünki bu cümlə bizə hər zaman fürsətin var olduğunu işarə edir. Biz həyatımızda fürsətlərin bizə gəlməsini gözləsək, bir ömür boyu, sadəcə, gözləməklə yetinəcəyik. Amma özümüz für­sət­lərə tərəf getməyə qərar versək, o zaman hər anımızı fürsətlər içində görüb dəyərləndirərək böyük hədəflərə nail olacağıq.

Gələcəkdən bəhs edən filmlərdə rejissorlar və ssenarist­lər elmin, texnikanın çox irəlidə olduğunu gözlərimiz önünə sərirlər. Bunlar hamısı isə insan beyninin məhsuludur, bil­­gi­sinin nəticəsidir. Bu gün oxuduğumuz bir cümlə ilə gələcə­yimizə qalın kitablardakı yazılar qədər yatırım edirik, səmərəli keçirdiyimiz bir saatla gələcəkdə bir neçə ayımızın rifahını qazanırıq. Yəni ki, bugünkü bir günümüz gələcəkdəki, aylarımızın, illərimizin yatırımı və ya yatırım imkanıdır.

Dəb deyəndə ağlımıza gələn geyimlərimiz, mebelimiz, evimizin dekorasiyası kimi maddi düşüncələr idisə artıq gün keçdikcə intellektuallığımız, biliklərimiz də bu siyahıda yer almaqdadır. Gündəmə uyğun olaraq əlavələrlə gücləndirməli, yəni şüuri dəbə uyğun olmaq məcburiyyətini hiss edirik. Bunu sosial şəbəkələrdən, müxtəlif xəbər səhi­fələrindən təmin edirik. Ağıllı deyib cibimizdə gəz­dirdi­yimiz telefonlar belə bir neçə aydan bir öz beynini yeniləməkdədir. Yenilənmədiyi təqdirdə isə iş funksiyalarında, sonrakı proq­ramların işləyiş prosesində problem yaranmaqdadır. Bütün bu dəyişikliklər içərisində insani fəaliyyətlər də dəyi­şilməkdədir. Özümüzün özümüzə qarşı tələb etdiyimiz davranışlar, ətrafımızdakıların bizdən özlərinə qarşı istədikləri davranışlara da dəyişikliyə düçar qalmaqdadır. Dolayısı ilə də istənilən biznesin skeleti olan satış sistemi. Mən satışı çox sevirəm. Çünki günümüzdə satış insan elmidir. İnsan psixologiyasıdır.

Satış idmandır. Satış daxildən gələn musiqidir. Satış dostluqdur. Satış dürüst, şəffaf davranışdır. Bütün bu feli davranışları yerinə yetirmək üçün isə bunlara sahib olan bir insan ünsürü olmalıdır. Bunlara sahib olan bir insan isə mükəmməl bir satış lideri olmaqla yanaşı, mükəmməl bir dost, mükəmməl bir valideyn, örnək bir insan olmaqdadır.

Bir qaçış marafonunda özümüzü hakim kimi təsəvvür edək. Mütləqdir ki, bir Start xətti görünür.

Əlimizdəki “başla” siqnalını verən fiti çalmamışdan qabaq da ilk diqqət etdiyimiz nüans yarış iştirakçılarının start xəttində eyni xətdə durmasıdır. Amma görürük ki, iştirakçıların biri iyirmi metr arxada, biri beş metr, başqa birisi on metr arxada dayanıbdır. Başlama fitini vermədən öncə onları eyni xətt üzərində gətirəcəyik. Satışı da buna bənzədirəm. Satışa başlamadan öncə bir start xəttində dayanmalıyıq.

  1. Dayanana qədər də özümüzü hazır hiss etməliyik və bunun üçün də yalnız satış üçün deyil, ümumi inkişafımız istiqamətindən bir çox xüsusiyyətlər mövcuddur ki, bunlara sahiblənməyimiz zəru­ridir. Məhz bu baxımdan bu kitabda şəxsi inkişafımız üçün də mövzulara həssaslıqla toxunaraq satış sistemindən çox satışa yanaşmadan, bir məhsulun satışından çox satış prosesinin satışına fokuslanmaqdan, uğurlu bir satış təmsilçisi olmaqdan danışacağıq ki, bu da biznesin irəliləməsi üçün ən böyük faktordur. Kitabı oxuduğunuz və dəyərləndirdiyiniz üçün sizə şəx­sən dərin təşəkkürümü bildirirəm.