Bazar gününədək ürəyini oğurladı - Ketrin Baybi - SizinKitab
SizinKitab

Bazar gününədək ürəyini oğurladı - Ketrin Baybi

Əsas qiymət 9.50₼
/

Bazar gününədək ürəyini oğurladı - Ketrin Baybi - SizinKitab

“...Karter bütün gecəni yata bilmədi, yuxusu sanki ərşə çəkilmişdi. Gözünə yuxu getmədiyini görəndə qalxıb soyuq duş qəbul etdi. Bir gecə əvvəl isə az qala buz kimi su ilə yuyunmuşdu. İndi bir daha belə etmək istədi. Məlum olurdu ki, Eliza ilə bir dəfə sevişmək, necə deyərlər, “bu qadının dadına bircə dəfə baxmaq” heç də kifayət deyilmiş. O, yaxşı bilirdi ki, elə bu cür də olacaq. Bəlkə, elə bu səbəbdən iki il onu öpməkdən uzaq qaçmışdı. Bu vaxtacan onlar aralarındakı seksual gərginlikdən “şifahi şəkildə” azad olmuşdular. Başqa heç nə... Çarpayıda uzanıb dincəldiyi bir neçə saat ərzində o, beynini emosiyalardan təmizlədi ki, hissləri aydın düşünməyinə mane olmasın. Nəticədə qərara gəldi ki, onun ilk işi Elizanın sirlərini öyrənməkdir. Bundan əvvəl Eliza Havensin 18 yaşından qabaqkı həyatı ilə bağlı nə qədər axtarış versə də, bir nəticə alınmamış, cəhdləri uğursuz olmuşdu. İndi o, Elizanın soyadını yazıb axtarışa verdi, təəccüblü də olsa, bir gün əvvəl mətbuatın işıqlandırdığı məlumatdan başqa heç nə çıxmadı. Samanta və Bleyklə bağlı yerlərdə isə ona aid çox az məlumat vardı...”

“...Karter əyilib Elizanın dodaqlarını dodağı arasına aldı. Qadın isidilmiş kərə yağı kimi onun qolları arasında əridi, ehtirasla inildədi. Karter onun yumşaq dodaqlarını öpəndə hər şeyi unutdu. İndi Karter ona o qədər yaxın idi ki... Karter son dəfə yalnız universitetdə oxuyarkən qapı ağzında, maşında, maşının yanında qadınla öpüşmüşdü. O vaxt onun qadınla görüşü öpüşlə başlayıb öpüşlə də sona çatardı. Bilirdi ki, bundan uzağa gedə bilməz. Karter Elizanı ehtirasla qucaqladı. Onların yaxınlığı yalnız fiziki cazibə deyildi. Onlar bütün gecəni söhbət etmiş, danışıb-gülmüş, bir-birlərini əzizləmişdilər. Onlar çox şeydə bir-birinə uyğun gəlirdilər, bircə qolf oyununda oyun tərzindən başqa. Onlar bunu zarafata salıb bir-birinə sataşırdılar. Karter Elizanı öpərkən onunla bir daha nə vaxt sevişəcəyi haqda düşünürdü. Əgər Eliza onu qəbul etməsəydi, ehtirasdan ölərdi. – Yaxşısı budur, Qven iti üstümə qısqırtmamış səni qapıyadək ötürüm. Eliza başını onun sinəsinə qoydu: – Əgər bir ay qabaq mənə desəydin ki evdə otaq yoldaşın və itin olacaq, səni qovub şəhərdən çıxarardım. İndi isə həm itim var, həm də otaq yoldaşım...”

Azərbaycan dilində

ISBN: 9789952515428
384 səhifə
Ölçü: 120x185 mm
Qiymət: 9.50 AZN