SizinKitab Azərbaycan coğrafiyası - Çingiz İsmayılov - Aydın İbrahimov - Nərminə Süleymanova
SizinKitab

Azərbaycan coğrafiyası - Çingiz İsmayılov - Aydın İbrahimov - Nərminə Süleymanova

Əsas qiymət 14.00₼
/

Azərbaycan coğrafiyası - Çingiz İsmayılov - Aydın İbrahimov - Nərminə Süleymanova

Azərbaycan ərazisicə böyük ölkə olmasa da, unikal və təkrarolunmaz təbii şəraitin müxtəlifliyinə görə diqqəti cəlb edən məkanlardandır. Ölkə ərazisinin şimal və şimal-qərbdən Böyük Qafqaz sıra dağları, cənub və cənub-qərbdən Talış və Kiçik Qafqaz dağları, şərqdən Xəzər dənizi ilə əhatə olunması onun kompakt bölgə çərçivəsində təbii şəraitinin və təbii ehtiyatlarının zənginliyini müəyyən edir.

Respublikanın ərazisindən regionun ən iri çaylarının (Kür və Araz) keçməsi, böyük əkin sahələri, dağətəyi və sahil ərazilərinin mövcudluğu ölkənin əlverişli təbii şəraitini səciyyələndirərək, burada müxtəlif növ təbii ehtiyatların mənimsənilməsinə şərait yaratmış və ölkənin cazibədar məkana çevrilməsinə səbəb olmuşdur.

Təsərrüfat sahələrinin ərazi üzrə ixtisaslaşması, yerləşdirilmə xüsusiyyətləri və inkişaf səviyyəsi respublika ərazisində 10 iqtisadi-coğrafi rayonun ayrılmasına imkan yaratmışdır. İqtisadi rayonlar arasında olan fərqli insan və təbii resurs potensialı, infrastruktur və maliyyə imkanları onların hər birinin ayrılıqda ölkənin iqtisadi inkişafındakı yerini müəyyən edir.

Ölkəmizin təbii şəraitinin zənginliyini qorumaq və gələcək nəsillərə çatdırmaq üçün ətraf mühitin mühafizəsi və bu istiqamətdə aparılan işlər xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, respublika ərazisində milli parklar, qoruqlar, xüsusi mühafizə olunan ərazilərin yaradılması və genişləndirilməsi təbii mühitin mühafizəsi sahəsində prioritet istiqamətlərdən hesab olunur.
Bütün bunlar və başqa məsələlər kitabda dərindən araşdırılaraq və hərtərəfli işlənilərək, geniş oxucu kütləsinə təqdim edilir.

Azərbaycan dilində




ISBN: 9789952494747

Yumşaq üz qabığı

200 səhifə

Ölçü: 148x210 mm

Qiymət: 14.00 AZN