Aramızda beşcə addım - Reyçel Lippinkott
Əsas qiymət 9.99₼Aramızda beşcə addım - Reyçel Lippinkott - SizinKitab
Baş qəhraman Stella Qrant 6 yaşından bəri ağ ciyər çatışmazlığından əziyyət çəkir. Bu səbəbdən həyatının çox hissəsini o, xəstəxana otağına məhkum keçirmişdir.
Digər tərəfdən, Will Newman da Stella ilə eyni taleyi bölüşür. Lakin, Stellanın əksinə, Will xəstəxanadan bir an öncə çıxmaq, dünyanı gəzmək niyyətindədir. Bunun üçün həttə müalicədən imtina edərək 18 yaşının tamam olmasını və buradan tezliklə çıxıb getməyi gözləyir.
Əhvalat Stella və Will qarşılaşması ilə başlayır. Stella bu asi oğlanı müalicəyə razı salmağa çalışır. Amma Willin bir şərti var: Stellanın şəkillərini çəkməsinə icazə verməsi. Hər ikisi üçün təhlükəli olan bu razılaşma zamanla bir eşqi alovlandırır. Lakin, onların arasında beş addımlıq məsafənin olması şərtdir. Çünki Stella ağ ciyər transplantasiyası üçün növbəyə yazılmışdır və bu növbəni itirməmək üçün infeksiya daşıyıcısı olan hər şeydən, hər kəsdən uzaq qalmalıdır.
Bəs eşq bu qanunlara məhəl qoyacaqmı?
Yoxsa, həyatlarını oğurlayan bu xəstəlik aralarındakı məsafəni də oğurlaya biləcək?