SizinKitab
99 frank - Frederik Beqbeder
Əsas qiymət 7.00₼/
99 frank - Frederik Beqbeder - SizinKitab
Kitab haqqında
"99 frank” romanı reklam biznesinə acı satiradan ibarətdir. Reklam ticarətin, iqtisadiyyatın, istehlakın təkanverici qüvvəsidir. Bu qüvvənin məqsədi sizi ehtiyacınız olmayan, amma dəbdə olan şeylərin arzusuna salmaqdır. Ən əsası, minlərlə mənfəətpərəst insanları yalnız bir məqsəd – bu məhsulu sizə satmaq birləşdirir.
Oktav məhşur reklam agentliklərinin birində mətn yazarı işləyir və dediyi kimi, dünyanı zibilləməklə məşğuldur. O, dünyanı yaradıcı şəkildə, zövqlə, böyük ustalıqla zibilləyir. Onun həyatı reklam yaradıcılığından, qlamurdan, kokain və qadınlardan ibarətdir. Onun gəliri istənilən şəxsin ən böyük arzusudur. Belə olan tərzdə həyatdan başqa nə istəyəsən? Bəs əsərin baş qəhrəmanı özünü xoşbəxt hiss edirmi?
Şübhəsiz ki, “99 frank” romanı Frederik Beqbederin ən yaxşı romanlarından biridir. Əsər avtobioqrafik xarakter daşıyır, 2000-ci ildə kitab ilk dəfə işıq üzü görmüş və yazıçının işlədiyi məhşur reklam agentliyindən qovulması ilə nəticələnmişdi.
Tərcüməçi - Çimnaz Vəliyeva
9789952265057
Səhifə sayı - 308