Vyana gecəsinin sirri - Çingiz Abdullayev - SizinKitab
SizinKitab

Vyana gecəsinin sirri - Çingiz Abdullayev

Əsas qiymət 8.40₼
/

Vyana gecəsinin sirri - Çingiz Abdullayev - SizinKitab

Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Vyana gecəsinin sirri" adlı romanında hadisələr Avstriya paytaxtındakı dəbdəbəli "Marriott" hotelində baş verir.
Yeni ili qarşılamaq üçün bura gələn bir qrup adam hotelin restoranında məşhur xəfiyyə Dronqonun ailəsi ilə təsadüfən masa qonşusu olur. Kriminalist-ekspert onların rus, alman və ingilis dillərindəki söhbətini istəmədən eşidir. Bir neçə saatdan sonra isə həmin masadakı adamlardan biri - zəngin biznesmen restoranın tualetində ölü tapılır. Peşə marağı Dronqoya güc gəlir. O, ailəvi istirahətini yarımçıq qoyub qatilin axtarışına çıxır. Dəqiq bilir ki, qatil elə həmin masada oturanlardan biridir...

"Qatil birinci mərtəbədəki bu əldən-ayaqdan uzaq tualetdə Qalimovu pusan kənar birisi ola bilməzdi. Kənar birisi onun həmin tualetdə ikinci dəfə peyda olacağını təxmin edə bilməzdi. Axı şirkət prezidenti burada birinci dəfə Veronika ilə olmuşdu. Sonra nədənsə ora yenidən düşmüşdü. Əgər tualetdə Qalimovu yenə qadın gözləyirdisə, bu adam, sadəcə, seksual manyakdır. Bəlkə, Qalimovun məhz ora gedəcəyini əvvəlcədən bilən kişi? Veronikanın yardım vəd etdiyi Farkaş? Qadın onu ora göndərə bilərdi. Ya da bir başqası... Yoxsa Farkaşa özünü tapança ilə vurmağı məsləhət görən David? Bəlkə, hansısa sirri açıqlayacağını söyləyən Ruslan? Ya da qadınlar?"

Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Azərbaycan dilində

Yumşaq üz qabığı

248 səhifə

Ölçü: 120x185 mm