Praktiki siyasət - Qanun Nəşriyyatı - SizinKitab
SizinKitab

Praktiki siyasət - Qanun Nəşriyyatı

Əsas qiymət 5.00₼
/

Praktiki siyasət - Qanun Nəşriyyatı - SizinKitab

Kitab haqqında


Hər kəs siyasi lider ola bilməz. Liderlər doğulurlar. Lakin is­tə­ni­lən şəxs bilik və təcrübənin sayəsində siyasətçi ola bilər. Bu kitab lider olmağı deyil, siyasətçi olmağı öyrədir.
Hər bir siyasətçi öz fəaliyyətində yan təsirlərlə yanaşı ilk növ­bədə zaman faktorunu nəzərə almalıdır. Siyasətdə bəzən elə dö­nəm­lər olur ki, nəyisə dəyişmək, yenilik etmək və nəsə yaratmaq mümkün olmur. Tarixi dəyişikliklər üçün sadəcə bilgi, bacarıq və təc­rübə yetərli deyil. Dəyişikliklər üçün həm də zaman yetiş­mə­lidir. Necə ki, dəyişiklik dalğası üzərində Bill Klinton Respubli­ka­çıların 12 illik fasiləsiz hakimiyyətinə son verərək ikinci dünya müharibəsindən sonra dünyaya göz açmış nəslin ilk nümayəndəsi olaraq ABŞ prezidenti seçilir. Necə ki, Barak Obama inqilabi də­yişikliyə imzasını ataraq ABŞ-ın ilk qaradərili prezidenti olur. Necə ki, Çilidə müxalifətlə bir komandada çalışan müasir reklam və PR texnoloqları seçkilərdə qalib gələrək Pinoçetin 15 illik diktatura ha­kimiyyətinə son qoyurlar. Necə ki, Mixail Saakaşvilli həm seçki­də­ki qələbəsi, həm də şəxsi qətiyyəti ilə post-sovet məkanında məx­məri inqilabın və ən uğurlu islahatların müəllifi olur.
Əlinizdə olan bu kitab zamanın ruhunu duymağı deyil, qalib gəl­mək üçün nəyi və necə etməyi öyrədir. Zamanın ruhunu hiss et­mək çox az adama nəsib olur. Lakin lider də olsanız, hətta za­manın ruhunu duysanız belə, qalib gəlmək üçün praktiki bilik və bacarıq­lara sahib olmalısınız.
Səhifə sayı - 208
ISBN 978-9952-36-959-5
Cild - Yumşaq