O qurbağanı ye! (az vaxtda daha çox iş görməyin 21 üsulu) - Brian Tracy - SizinKitab
SizinKitab

O qurbağanı ye! (az vaxtda daha çox iş görməyin 21 üsulu) - Brian Tracy

Əsas qiymət 5.50₼
/

O qurbağanı ye! (az vaxtda daha çox iş görməyin 21 üsulu) - Brian Tracy - SizinKitab

Görməli olduğunuz bütün işləri görmək üçün heç zaman kifayət qədər vaxt olmur. Siz, şəxsi və işlə bağlı öhdəliklər, cavabınızı gözləyən saysız elektron məktublar, sosial media, layihələr, imkan tapan kimi oxumağı planlaşdırdığınız jurnallar və kitabların məngənəsində sıxılmısınız. Və bütün məsələ ondadır ki, siz heç zaman imkan tapa bilməyəcəksiniz. Heç zaman işlərinizin öhdəsindən gələ bilməyəcəksiniz. Arzuladığınız kitabları, jurnalları oxumağa, elektron mək­tubları cavablandırmağa və əyləncəyə sərf etməyə boş vaxtınız olmayacaq. Və vaxt problemini daha məhsuldar olmaqla həll edəcəyinizə  ümid bəsləməyin. Fərdi məh­suldarlığa dair nə qədər metoda yiyələnməyinizin əhə­miy­yəti yoxdur, həmişə görməli olduğunuz işlər görə bilə­cəyinizdən çox olacaqdır. Vaxtınıza və həyatınıza nəzarət etməyə yalnız düşüncə tərzinizi, işə yanaşmanızı və sonsuz öhdəçiliklərə münasibətinizi dəyişməklə nail ola bilərsiniz. Tapşırıq və işlərinizə, müəyyən işlərdən imtina və daha dəyərli işlərə daha çox diqqət ayırdığınız qədər nəzarət edə bilərsiniz.

Bu kitab sizin iş bacarığınıza və əldə edə biləcəyiniz nəticələrə güclü təsir edəcək. O qurbağanı yeyin – iş üsulunuzu imtahana çəkəcək, uğur qazanmaq mütləq olan daxili-intizamı izah edir və insanların yubatmaya yol verməklərinin səbəbini araşdırır. Sonra isə, məhsuldarlığınızı necə artıra biləcəyinizi sadə dildə izah edir.

Cild: Yumşaq
Müəllif: Brian Tracy
Səhifə sayı: 126
dil: Azərbaycan

Tərcüməçi Aqil Hacıyev

 Nəşr tarixi 2022