SizinKitab
Emosiyalar - Osho
Əsas qiymət 4.99₼/
Emosiyalar - Osho - SizinKitab
Kitab haqqında
Fikirlər göldəki ləpələrdən başqa nədir ki?....
Emosiyalarımızı ustalıqla təsvir edən OSHO ilk öncə onların beynimiz yox, onun içindəki məhsul olduğunu xatırladır. Biz sevinc, xoşbəxtlik hiss edəndə bunun qalıcı olmasını arzulayırıq. Amma kədər, qüssə bizə yaxın gələn kimi onu qovuruq, yaşamaqdan imtina edirik. Halbuki, nə sevinc, nə də kədər bizim özümüz deyilik. Hər biri keçirdiyimiz emosiyalardı və bizim həyatımıza xidmət edir.
“Hisslərinizi ifadə etmək həyatdır. Hisslərinizi boğmaq isə intihardır”. Ona görə də, həyatımıza müxtəlif səbəblərdən təşrif buyuran emosiyaları sevərək qarşılamağı və onu yaşamağı qəbul etməliyik. Kədəri də yaşamalıyıq ki, onun ardınca sevinc gəlsin.
Müəllif qəzəb və kədər mövzularına da ustalıqla toxunub. Onların kökünün eyni olduğunu, bir-birindən qaynaqlandığını vurğulayıb. Belə ki, qəzəb aktiv kədər, kədər isə passiv qəzəb deməkdir. Eyni zamanda, qəzəbin altında yatan da bizim basdırmağa çalışdığımız qorxu hissidir. Hansı ki, bunun dərinliyinə enə bilsək qəzəbimiz, dolayısıyla kədərimiz yox olub gedəcək.
Kitabda bir çox emosiyalar və hisslər haqqında ətraflı müzakirələr aparılıb. Sevgi, nifrət, qısqanclıq, azadlıq və s. mövzularda OSHOnun dəyərli fikirlərini öyrənmək həyat fəaliyyətimizi daha da əyləncəli və həyəcanlı bir yola çevirəcək. .
ISBN 9789952361377
Ölçü 115x160
Cild Yumşaq
Səhifə sayı 152