Qərb cəbhəsində təbəddülat yoxdur - Erix Mariya Remark
Əsas qiymət
5.49₼
/
SizinKitab
Tufanlı Yoxuşlar - Emili Bronte
Əsas qiymət
12.50₼
/
SizinKitab
Kürək və bel üçün YOQA - Loren Fishman, Carol Ardman
Əsas qiymət
6.49₼
/
Kürək və bel üçün YOQA - Loren Fishman, Carol Ardman - SizinKitab
Bir çox insanlar bəzən gövdənin arxa hissəsində – kürək və bel nahiyələrində ağrı hissi duyurlar. Bu güclü və xroniki, ya zəif və davamsız ağrılar ola bilər, buna baxmayaraq, bu ağrılar adama əziyyət verir, normal həyat tərzinə mane olur. Yoqa ilə məşğul olmaq bizə bu məsələdə necə kömək edə bilər? Bu kitabda sizə təklif olunmuş, xırdalıqlarına qədər təsvir edilmiş və illüstrasiyalaşdırılmış yoqa pozaları kürək və bel ağrılarına ağrının dərəcəsindən və xarakterindən asılı olaraq fərdi-praktik yanaşma seçməyinizə yardım edəcək.
Səhifə sayı - 176 9789952366907 Cild - Yumşaq
SizinKitab
Yoqa - Nəşriyyat
Əsas qiymət
6.90₼
/
SizinKitab
Diabetikin stolüstü kitabı - Serdükov A.N
Əsas qiymət
10.00₼
/
SizinKitab
Cavan və gözəl qalmanın 400 sirri - Nəşriyyat
Əsas qiymət
5.99₼
/
SizinKitab
Mən arıqlaya bilmirəm - Pierre Dukan
Əsas qiymət
14.99₼
/
SizinKitab
Xoşbəxt hamiləlik və doğuş - Sergey Afanasyev
Əsas qiymət
13.90₼
/
SizinKitab
Bədənə qulluq - Anastasiya Kolpakova
Əsas qiymət
8.49₼
/
SizinKitab
Pəhrizin 350 resepti - Pierre Dukan
Əsas qiymət
14.90₼
/
SizinKitab
Ruslar niyə Putinə səs verir? - Bernhard L. Möhr
Əsas qiymət
10.00₼
/
Ruslar niyə Putinə səs verir? - Bernhard L. Möhr - SizinKitab
Kitab haqqında
Dahi yoxsa xudpəsənd? Diktator yoxsa xilaskar? Hazırda bütün dünya Rusiya prezidenti Vladimir Putinin növbəti addımlarını gözləyir. Məşhur Norveçli araşdırmaçı jurnalist Bernhard Möhr Rusiyada təhsil alıb və bir neçə il bu ölkədə çalışıb. İllər sonra Rusiyaya dönən Möhr bir neçə şəhərdə olub, əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşüb, araşdırma aparıb. Jurnalisti yalnız bir sual düşündürür: Bütün olanlardan sonra ruslar niyə hələ də Putinə səs verib dəstəkləyir. Müasir rus cəmiyyətinin gizlinlərini, reallıqlarını norveçli peşəkar araşdırmaçı jurnalistin təqdimatında Alatoran oxucularına təqdim edirik. Səhifə sayı - 216 9789953484846 Cild - Yumşaq
SizinKitab
Avtokratiyadan demokratiyaya, müharibədən sülhə - Fəxrəddin Mehdi
Əsas qiymət
9.99₼
/
Avtokratiyadan demokratiyaya, müharibədən sülhə - Fəxrəddin Mehdi - SizinKitab
Kitab haqqında
Kitabda müəllifin demokratik islahatlar haqqında müxtəlif dövrlərdə dövrü mətbuatda yazdığı məqalələr toplanıb. İslahatlar bütün dövrlərin aktual mövzusudur. Bu baxımdan mövzular bu gün də, sabah da aktualdır. Müəllif məqalələrində islahatlar imtiyazının zərərlərini, eyni zamanda fundamental de- mokratik islahatların isə faydalarını göstərməyə çalışır. Hazırda yeni dünya düzəni yaranır. Avtokratiyanın çöküşü sürətlənir, demokratiyanın həlledici dalğası baş verir. Cəmiyyətlər- də inqilabi dəyişikliklərə səbəb olan islahalatların rolu və əhəmiy- yəti getdikcə artır. Hesab edirik ki, islahatların fəlsəfəsi ilə maraqlananlar üçün və- sait faydalı ola bilər. Səhifə sayı - 192 ISBN 978-9952-38-368-3 Cild - Yumşaq
SizinKitab
Ustalıq - Robert Greene
Əsas qiymət
11.99₼
/
Ustalıq - Robert Greene - SizinKitab
Kitab haqqında
Bu, psixologiya, cəmiyyətdə və siyasətdə hakimiyyətin funksiyaları, həmçinin strateji düşüncənin xüsusiyyətləri mövzusunda yazılan mükəmməl kitabdır. Kitabda Çarlz Darvin, Volfqanq Motsart, Henri Ford, Albert Eynşteyn, Pol Qrem və Freddi Rouç kimi görkəmli şəxsiyyətlərin, çağdaş ustaların davranışları fonunda insan xarakterinin necə formalaşması izah olunur. Gücün ən üstün nöqtəsi Ustalıqdır. İnsan həyatda, cəmiyyətdə necə güc sahibi ola bilir, labüd olanı necə bilmək olar, dahilər öz səhvlərindən necə nəticə çıxarıb düzgün qərar qəbul edir, başqalarının səhvlərindən öyrənərək onları necə öz uğuruna çevirir – Robert Qrinin usta qələmi tarixin ən qüdrətli insanlarının güc sahibi olmaq üçün keçdiyi yolların sirlərini bizimlə paylaşır, hər birimizdə bu potensialın mövcudluğuna inam yaradır. Səhifə sayı - 464 ISBN 978-9952-38-062-0 Cild - Yumşaq
SizinKitab
Cinayət mühakimə icraatında dövlət dilinin tətbiqi: ümummilli lider H.Ə.Əliyevin dil siyasəti kontekstində - Mirağa Cəfərquliyev
Əsas qiymət
14.99₼
/
Cinayət mühakimə icraatında dövlət dilinin tətbiqi: ümummilli lider H.Ə.Əliyevin dil siyasəti kontekstində - Mirağa Cəfərquliyev - SizinKitab
Kitab haqqında
“Cinayət mühakimə icraatında dövlət dilinin tətbiqi: ümummilli lider H.Ə.Əliyevin dil siyasəti kontekstində” adlı monoqrafiyada uzun illər toplanmış istintaq və məhkəmə praktikası materialları əsasında cinayət mühakimə icraatında milli dil problemləri, ümumiyyətlə, bütövlükdə milli dillə bağlı məsələlər geniş öyrənilmiş, cinayət prosesində tərcüməçilər institutunun əhəmiyyəti barədə söhbət aparılır, sadalanan problemlər üzrə bir sıra xarici ölkələrin təcrübəsi təhlil edilir, cinayət-prosessual qanunvericiliyinin gələcək inkişafı və təkmilləşdirilməsinə dair konkret təkliflər irəli sürülür. Monoqrafiya hüquq institutları və fakültələrinin müəllimləri, alimləri, aspirantlar, doktorantlar, tələbələr, habelə hüquq-mühafizə orqanlarının praktiki işçiləri üçün nəzərdə tutulmuşdur. Səhifə sayı - 456 2000045247963 Cild - Qalın
SizinKitab
Praktiki siyasət - Qanun Nəşriyyatı
Əsas qiymət
5.00₼
/
Praktiki siyasət - Qanun Nəşriyyatı - SizinKitab
Kitab haqqında
Hər kəs siyasi lider ola bilməz. Liderlər doğulurlar. Lakin istənilən şəxs bilik və təcrübənin sayəsində siyasətçi ola bilər. Bu kitab lider olmağı deyil, siyasətçi olmağı öyrədir. Hər bir siyasətçi öz fəaliyyətində yan təsirlərlə yanaşı ilk növbədə zaman faktorunu nəzərə almalıdır. Siyasətdə bəzən elə dönəmlər olur ki, nəyisə dəyişmək, yenilik etmək və nəsə yaratmaq mümkün olmur. Tarixi dəyişikliklər üçün sadəcə bilgi, bacarıq və təcrübə yetərli deyil. Dəyişikliklər üçün həm də zaman yetişməlidir. Necə ki, dəyişiklik dalğası üzərində Bill Klinton Respublikaçıların 12 illik fasiləsiz hakimiyyətinə son verərək ikinci dünya müharibəsindən sonra dünyaya göz açmış nəslin ilk nümayəndəsi olaraq ABŞ prezidenti seçilir. Necə ki, Barak Obama inqilabi dəyişikliyə imzasını ataraq ABŞ-ın ilk qaradərili prezidenti olur. Necə ki, Çilidə müxalifətlə bir komandada çalışan müasir reklam və PR texnoloqları seçkilərdə qalib gələrək Pinoçetin 15 illik diktatura hakimiyyətinə son qoyurlar. Necə ki, Mixail Saakaşvilli həm seçkidəki qələbəsi, həm də şəxsi qətiyyəti ilə post-sovet məkanında məxməri inqilabın və ən uğurlu islahatların müəllifi olur. Əlinizdə olan bu kitab zamanın ruhunu duymağı deyil, qalib gəlmək üçün nəyi və necə etməyi öyrədir. Zamanın ruhunu hiss etmək çox az adama nəsib olur. Lakin lider də olsanız, hətta zamanın ruhunu duysanız belə, qalib gəlmək üçün praktiki bilik və bacarıqlara sahib olmalısınız. Səhifə sayı - 208 ISBN 978-9952-36-959-5 Cild - Yumşaq
SizinKitab
Meydan: 4 il 4 ay - Ədalət Tahirzadə
Əsas qiymət
30.00₼
/
Meydan: 4 il 4 ay - Ədalət Tahirzadə - SizinKitab
Kitab haqqında
Bu kitabda Azərbaycanda 1988-ci ilin 19 fevralından 1992-ci ilin 16 iyununadək baş vermiş irili-xırdalı bütün önəmli hadisələr (ermənilərlə Qarabağ uğründa savaş, Qorbaçovun Qarabağı ermənilərə vermək üçün siyasi oyunları, Azərbaycan Xalq Cəbhəsinin yaranması və xalqa rəhbərliyi, respublika başçılarının qorxaqlığı, yaltaqlığı və fərsizliyi, hakimiyyət davaları, xalqımızın azadlıq və müstəqillik uğrunda ölüm-dirim mübarizəsi, 20 Yanvar, Xocalı soyqırımı, Moskvanın Qarabağı Azərbaycan tabeliyindən necə çıxarması…) öz əksini tapıb. Müəllif həmin hadisələrin şəxsən iştirakçısı olub, onları anındaca yazaraq qeydə alıb və 1997-ci ildə həmin gündəlik-qeydlərini ilk dəfə kitab şəklində nəşr etdirib. Ə.Tahirzadə bu 2-ci nəşrdə mətni əsasən olduğu kimi saxlamaqla yanaşı, ona yeni qısa ön sözü, əsərdə adı çəkilmiş bəzi şəxslər haqqında qısa bilgiləri, əsərdə adı çəkilən, ancaq indi dəyişdirilmiş yer adlarının siyahısını və adlar göstəricisini əlavə edib. Kitab bütün təbəqələrdən olan oxucular üçün nəzərdə tutulub. Səhifə sayı - 1272 Cild - Qalın
SizinKitab
Məhəmməd Əmin Rəsulzadə. ƏSƏRLƏRİ (Mühacirət dövrü), 2-ci cild - Məhəmməd Əmin Rəsulzadə
Əsas qiymət
15.49₼
/
Məhəmməd Əmin Rəsulzadə. ƏSƏRLƏRİ (Mühacirət dövrü), 2-ci cild - Məhəmməd Əmin Rəsulzadə - SizinKitab
Kitab haqqında
Oxuculara təqdim olunan bu kitabda M.Ə.Rəsulzadənin 1923- 1931-ci illərdə Türkiyədə nəşr edilmiş “Yeni Qafqasiya”, “Azəri Türk”, “Odlu Yurd” jurnallarındakı və “Bildiriş” qəzetindəki yazıları toplanılıb. Onun 1934-cü ildə İstanbulda nəşr edilmiş “Azərbaycan Yurd Bilgisi” jurnalındakı “Milli Azərbaycan hərəkatının xarakteri” məqaləsi də bu cildə daxil edilib. Kitabda Azərbaycanın tarixi, müstəqillik mübarizəsi, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti haqqında geniş məlumatlar vardır. Eyni zamanda, müəllif bu əsərlərində sovet rejiminin işğalçı mahiyyətini, xalqları əsarətdə saxlayan, onları azadlıqdan məhrum edən siyasətini kəskin tənqid edir. Kitabdan tədqiqatçılar, tarixçilər, siyasətçilər, diplomatlar, mətbuat təmsilçiləri ciddi faydalana bilərlər. Səhifə sayı - 680 978-9952-36-907-6 Cild - Qalın
SizinKitab
Bolşevik işğalı və mübarizəmiz - Hacıbayramlı Nağı Bayramgil
Əsas qiymət
6.00₼
/
Bolşevik işğalı və mübarizəmiz - Hacıbayramlı Nağı Bayramgil - SizinKitab
Kitab haqqında
Kitabda müəllifin 1936-cı ildə Varşavada çıxan “Şimali Kafkasya”, 1950-1960-cı illərdə Türkiyədə nəşr edilən “Türk İzi” dərgisindəki məqalələri toplanaraq türkçəmizdə çap edilmişdir. Eləcə də kitabda 1920-1930-cu illərdə kommunist-bolşevik işğalına qarşı mübarizədə Müsavat Partiyasının “Qarayazı” gizli təşkilatına və silahlı üsyana rəhbərlik etmiş xalqımızın milli azadlıq və istiqlal tarixində öz yerləri olan Qurban, İsaxan və Nağı Hacıbayramlılar haqqında təqdimatlar verilmişdir. Kitab 1920-1930-cu illər kommunist-bolşevik işğalına qarşı milli mübarizə, düşüncə, azadlıq tarixini öyrənən tədqiqatçılar, bolşevik istilasının milli genefonda vurduğu zərəri qiymətləndirən sosioloqlar, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ilə məşğul olan pedaqoqlar və geniş oxucu kütləsi üçün maraq doğurur. Səhifə sayı - 208 AB 022051 / İN 0344 Cild - Qalın