Kitab Toni Şeyin həyatını anladan bioqrafik əsəridir. Burada müəllifin öz həyat amalını necə kəşf etdiyini, “Zappos”un necə uğurlu şirkətə çevrildiyinin altında yatan qeyri-adi yanaşmaları, örnəkləri görəcək, keşməkeşli həyat yolunun şahidi olacaqsınız.
Kitab həyat amalı uğrunda öz ideyalarını reallaşdırmağa çalışan, üzləşdiyi çətinliklərə doğru-düzgün cavab axtaran şəxslər üçün əsl motivasiya mənbəyi olacaq.
İnsanın əsas yaşam məqsədi xoşbəxt olmaqdırsa, o zaman, xoşbəxtliyi həyatımızın hər anına yaymalıyıq ki, bizi əhatə edən çevrəmiz də bu xoşbəxtlikdən öz payının alıb digərlərinə ötürə bilsin.
Redaktor: Nərgiz Cabbarlı
Bakı, Qanun Nəşriyyatı, 2020