Mərhum yazıçımız Ənvər Məmmədxanlının uzun illər boyu üzərində işlədiyi “Babək” romanı Azərbaycanın xalq qəhrəmanı Babək haqqında yazılmış bədii əsərlər içərisində öz orijinallığı və tarixi həqiqətə yaxınlığı ilə seçilir. Roman yazıçının sağlığında işıq üzü görməmişdir. 9789952269628 Səhifə sayı - 352
SizinKitab
Baş Nazirin xanimi - Vilayət Quliyev
Əsas qiymət
4.99₼
/
Baş Nazirin xanimi - Vilayət Quliyev - SizinKitab
Kitab Azərbaycan Cümhuriyyətinin qurucularından biri, müxtəlif vaxtlarda baş nazir və maarif naziri vəzifələrini tutmuş Nəsib bəy Yusifbəylinin (1881-1920) şəxsi həyatına, ailə münasibətlərinə həsr edilib. Nəsib bəyin həyat yoldaşı Şəfiqə xanım (1886-1971) türk dünyasının böyük fikir adamı, “Tərcüman” qəzetinin naşiri və redaktoru İsmayıl bəy Qaspralının qızı idi. O, yaxın tarixə həm də Rusiya imperiyasında müsəlman qadın hərəkatının liderlərindən və müstəqil Krım dövləti uğrunda mübarizənin öncüllərindən biri kimi daxil olub. Nəsib bəylə Şəfiqə xanımın yalnız məhəbbət deyil, həm də ideya üzərində qurulmuş ailə həyatı, onların birgə mübarizəsi, ömür yolunda üzləşdikləri çətinlik və ziddiyyətlər kitabda əksəriyyəti Azərbaycan oxucusu üçün yeni olan fakt və sənədlər vasitəsi ilə təqdim olunur. Ədəbi-tarixi esse kimi qələmə alınmış “Baş nazirin xanımı” yalnız Azərbaycan Cümhuriyyətinin tarixi ilə məşğul olanlar üçün deyil, geniş oxucu kütlələri üçün də maraq doğurur.
“Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabı Bakının qədim keçmişindən, inqilab dövründə neft səltənətində baş verən hadisələrdən, Bakının kəşməkəşli günlərindən bəhs edir. Bu əsər nə tarixi oçerkdir, nə də publisistik esse. Bu, hər şeydən əvvəl, həyat həqiqətidir. Bakının neft bumu dövründən başlamış Sovet ittifaqının qurulmasına qədər olan dövr haqqında bədii salnamədir. O dövrün möhtəşəm sarayları, imarətlər, qumarxanalar, gecə klubları, neft fontanları, qara qızıl çayları, bazarlar, karvansaralar, yanğınlar, tətillər, nümayişlər, qanlı toqquşmalarını göstərən bir güzgüdür. Bu kitab sovet dövrünün süqutu ərəfəsində kult kitablardan biri hesab olunurdu. Təkrar-təkrar tirajla nəşr olunaraq 500 000 ədəd satılmışdır. Bakı haqqında hələ də belə səmimi, ürəkdən yazılan bir kitab yoxdur Səhifə sayı - 512 2000032394632 Cild - Yumşaq
SizinKitab
Napoleon - Yevgeniy Viktoroviç Tarle
Əsas qiymət
11.99₼
/
Napoleon - Yevgeniy Viktoroviç Tarle - SizinKitab
Kitab haqqında
Tarlenin “Napoleon” romanı sənədli, tarixi mənbələrə dayanan bir əsərdir. Bu əsərdə Fransa tarixinin önəmli simalarından biri, bəlkə də məşhuru olan imperator Napoleonun uşaqlığı, gəncliyi, yetkin çağları, hakimiyyət dövrü, həyatının son illəri təsvir edilib. Oxucu bu kitabı oxuduqca imperatorun şəxsiyyəti, işgüzarlığı, hakimiyyət hərisliyi, güclü və zəif cəhətləri barədə tam təsəvvürə malik olur. Söz yox ki, bu kitab Napoleon Bonopart barədə yazılmış ən maraqlı və əhatəli kitablardan biridir. Bu kitab Napoleonun şəxsiyyəti, tarixi rolu barədə bilgi almaq istəyən oxucular üçün olduqca faydalıdır. 2000029197963 Cild - Qalın
SizinKitab
Çingiz Xan - JOHN MAN
Əsas qiymət
13.99₼
/
Çingiz Xan - JOHN MAN - SizinKitab
Kitab haqqında
Con Menin “Çingiz xan” romanını tarixi roman janrında yeni cığır, hətta novatorluq adlandırmaq olar. Yazıçı özündən əvvəl bu janrda möhtəşəm əsərlər yaradan sələf-həmkarlarından fərqli olaraq uzun-uzadı təsvirlərə, dialoqlara yer verməyib, əsasən arxiv materialları ilə işləyib, romanda sözü gedən coğrafi məkanlara baş çəkib, tarixi yerləri şəxsən görüb. Bundan başqa, Con Men 850 il əvvəl baş vermiş əhvalatların epik təsvirindənsə, tarixi hadisə və proseslərin təhlilinə üstünlük verib. Bu zaman o, öz üzərinə bitərəf araşdırmaçılıq vəzifəsi götürüb və bu işin öhdəsindən uğurla gəlib. Romanı oxuyanda Çingiz xanın şəxsiyyətinə müəyyən rəğbət elementləri sezmək də mümkündür. Ancaq yazıçı böyük fatehin dövründə bilavasitə onun əmri ilə törədilmiş qırğınlardan, hətta müasir dövrdə genosid siyasətindən, bəşəriyyətə qarşı cinayət sayıla biləcək hadisələrdən də bəhs edib. Sadəcə, bu zaman o, həmin hadisələrə tarix kontekstindən yanaşıb. Qədim və müasir monqolların Çingiz xanın şəxsiyyətinə pərəstiş etmələrinin səbəbi əsərdə məntiqli bir şəkildə açılıb. Müəllif 15 yaşlı bir əsir uşağın xoş təsadüf və öz fərasəti nəticəsində əsirlikdən qurtularaq necə dünya fatehinə çevrilməsini, Koreya yarımadasından tutmuş Macarıstana qədər nəhəng bir ərazidə qurduğu imperiyaya rəhbərlik etməsini bütün müsbət və mənfi cəhətləri ilə birlikdə təsvir edib. Bu baxımdan “Çingiz xan” əsəri müvafiq mövzuda yazılmış minlərlə əsər içində öz layiqli yerini tutur və bu möhtəşəm roman dünya şəxsiyyətlərinin həyatı ilə maraqlanan oxucular üçün əvəzsiz əsərdir. Çingiz xan haradadır? O ölməyib. Belə olub. Uzaq ölkələrin birində bir çar yaşayırmış. Onun bir qızı varmış. Bir gün Çingiz xan o qızı özünə istəyir. Belə olanda çar qızına deyir: “Al bu bıçağı. O, balaca və itidir. Paltarında gizlət. Bir gün vaxt gələcək, onu nə etmək lazım olduğunu biləcəksən”. Müqəddəs Çingiz onunla yatağa girəndə qız bıçağı çıxarır və onu xədim edir. Çingiz ağrıdan qışqırır, adamlar tökülüşüb gəlir. Ancaq Çingiz onlara yalnız bunu deyir: “Bu qızı aparın, mən yatmaq istəyirəm”. O, yuxuya gedir və bir daha oyanmır. Məgər Müqəddəs Çingiz özünü sağalda bilməz? Bir gün o sağalanda ayılacaq və öz xalqını xilas edəcək.
Səhifə sayı - 512 2000003594634 Cild - Qalın
SizinKitab
Şeyx Şamil - Məhəmməd Tahir
Əsas qiymət
4.99₼
/
Şeyx Şamil - Məhəmməd Tahir - SizinKitab
Kitab haqqında
Oxuculara təqdim olunan bu kitab dünya azadlıq müharibəsinin parlaq səhifələrindən birini yazmış, adı dillər əzbəri, müqədəs din xadimi, əfsanəvi qəhrəman Şeyx Şamilin həyat və mübarizə tarixinə həsr edilmişdi. 30 il ərzində böyük Şamilin şəxsi katibi olmuş Məhəmməd Tahirin bu xatirələri tarixi sənəd kimi misilsizdir. Burada biz Şeyx Şamilin qəhrəmanlıq mübarizəsinin bütün mənzərəsi ilə tanış olur, onun parlaq qələbələrinə sevinir, uğursuzluqlarına kədərlənirik. Səhifə sayı - 216 9789952269314 Cild - Yumşaq
SizinKitab
Artakserks və Midiya türkləri - Əlisa Nicat
Əsas qiymət
5.00₼
/
Artakserks və Midiya türkləri - Əlisa Nicat - SizinKitab
Kitab haqqında Güney Azərbaycanın və İranın son əlliillik tarixi gerçəkləri üzərinə Türkçə yazılmış romandır. Romanda həm Pəhləvi, həm İslam Cümhuriyyəti dönəmində insanların qarşılaşdıqları ictimai-siyasi çətinliklər incələnmişdir. Romantik səhnələri ehtiva edən əsər despot rejimlərə qarşı insanların mübarizəsini və onların başına gələn fələkləri açıqlamaqdadır. Səhifə sayı - 168 İSBN 978-9952-26-455-5 Cild - Yumşaq
SizinKitab
Abbas Mirzə və Azərbaycan - Əminə Pakrəvan
Əsas qiymət
6.00₼
/
Abbas Mirzə və Azərbaycan - Əminə Pakrəvan - SizinKitab
"Abbas Mirzə və Azərbaycan" adlı bu kitab görkəmli Azərbaycan sərkərdəsi, Qacarlı şahzadə Abbas Mirzənin həyatı və mübarizəsi haqqındadır. XİX əsrin əvvəllərində İran-Rus müharibələrinin nəticəsi olaraq Azərbaycanın ikiyə parçalanması, Gülüstan sülh müqaviləsinə gətirən hadisələr elmi qaynaqlara əsaslanaraq geniş şəkildə bu monoqrafiyada öz əksini tapıb. Günümüzün bir çox suallarına cavab verən bu qiymətli əsər Azərbaycan dilində ilk dəfədir nəşr olunur. Kitabın geniş oxucu kütləsinin marağına səbəb olacağı şübhəsizdir.
Səhifə sayı - 208 Cild - Yumşaq
SizinKitab
ERMƏNİSTAN - AZƏRBAYCAN - GÜRCÜSTAN 1917-1923 - Serj Afanisyan - Serj Afanisyan
Əsas qiymət
5.99₼
/
ERMƏNİSTAN - AZƏRBAYCAN - GÜRCÜSTAN 1917-1923 - Serj Afanisyan - Serj Afanisyan - SizinKitab
Kitabda Oktyabr İnqilabından sonra 1917-1923-cü illər arası hadisələr bir erməni tarixçi tərəfindən incələnmişdir. Qafqaz cümhuriyyətlərinin doğuşu, bir-birləri ilə, Rusiya, Türkiyə və müttəfiqlərlə münasibətləri müxtəlif qaynaqlara dayanaraq yazılmış və istiqlaldan işğala qədərki dönəm araşdırılmışdır.
130x200 Səhifə sayı - 288
SizinKitab
Səlib yürüşü davam edir - Atəş Süleymanov
Əsas qiymət
6.00₼
/
Səlib yürüşü davam edir - Atəş Süleymanov -SizinKitab
Kitabda 1992-ci ilin fevral ayında Bakıda və Ağdamda olan xaos və müəmmalı hadisələr, xəyanət və satqınlığın izləri barədə söhbət açılır. Bədii obraz olan jurnalistin şahidliyi ilə Xocalı faciəsi ərəfəsində ölkənin ictimai-siyasi həyatını iflic edən kabus axtarışı aparılır.
145x200 Səhifə sayı - 288
SizinKitab
İSTİQLAL - Şirməmməd Hüseynov - Şirməmməd Hüseynov
Əsas qiymət
6.00₼
/
İSTİQLAL - Şirməmməd Hüseynov - SizinKitab
Məcmuə çoxminillik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı dövlətimizin bir yaşının tamam olması münasibətilə 1919-cu il Mayın 28-də işıq üzü görmüşdür. Cəmi 4 ildən sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini Müstəqil Cümhuriyyətimizdə bayram edəcəyik. Bu məcmuəni həmin yubileyə hazırlığın ilk töhfəsi hesab edin!
170x240 Səhifə sayı - 256
SizinKitab
Ferdidurka - Witold Gombrowicz
Əsas qiymət
8.49₼
/
Ferdidurka - Witold Gombrowicz - SizinKitab
Kitab haqqında
“Ferdidurka” – maraqlı, ancaq yüngül qiraət deyil. Bu, hər şeyin ucdantutma qarşısıalınmaz tərəqqiyə məruz qaldığı bir əsrdə insan ruhunun, demək olar ki, yeganə etibarlı intellektual müdafiə vasitəsi olan sarkazm və özünə istehza ilə dolu həm fəlsəfi povest, həm qrotesk, həm ədəbi esse, həm də lirik etirafdır. Və əlbəttə ki, “Ferdidurka” – hər şeydən əvvəl, əsl ədəbiyyatdır. “Mən çalışırdım göstərim ki, insan üçün ən son nöqtə hər hansı bir mütləq dəyər deyil, insandır və mən cəhd edirdim ki, bizim qeyri-rəsmi, hətta gizlində olan mifologiyamızın yaradıldığı bu özünəvurğun kallığın ən qarışıq aləmini fəth edim. Mən insanlıqda gizlənən repressiv gücün qüdrətini və aşağıdakının özündən üstün olana zorakılığının poeziyasını qabartdım”. Səhifə sayı - 396 9789952269505 Cild - Qalın
SizinKitab
Korluq - Joze Saramaqo
Əsas qiymət
11.99₼
/
Korluq - Joze Saramaqo - SizinKitab
Kitab haqqında
Nəşr edildikdən sonra Avropada böyük ajiotaj yaradan əsərin arxa fonunda çox böyük ictimai-siyasi-mədəni tənqid dayanır. Təkcə ədəbi yaradıcılığı ilə deyil, siyasi fəaliyyəti ilə də seçilən, həyatının sonuna qədər kommunizmə, sol ideyalara sadiq qalan portuqal yazıçının bu romanı yeni dövrə, kapitalizmə və onun gətirdiyi naqisliklərə qarşı yazılmış ən möhtəşəm əsərlərdən biri sayılır. Amma ədəbi əsəri təkcə hansısa ideologiyanın çərçivələrində şərh eləmək də düzgün olmazdı. Dahiyanə «Korluq» romanını oxuyan istənilən dünyagörüşə sahib oxucu orada özü üçün faydalı, öz dünyasının qaranlıq bucaqlarına işıq salan fikirlərlə qarşılaşacaq. Bu roman müasir ədəbiyyatın şedevrlərindən biri sayılır. Səhifə sayı - 400 9789952360066 Cild - Qalın
SizinKitab
Xərçəng Tropiki - Henry Miller
Əsas qiymət
8.99₼
/
Xərçəng Tropiki - Henry Miller - SizinKitab
Kitab haqqında Bu romanlar zaman keçdikcə öz yerlərini ovsunlayıcı kitablar ola biləcək gündəliklərə və avtobioqrafiyalara verəcəklər. Əlbəttə, əgər insan şəxsi təcrübə adlandırdığı şeylərin arasından, həqiqətən, ona məxsus təcrübəni seçməyi və həyat həqiqətlərini inandırıcı yazmağı bacarsa. Villa Borgezdə yaşayıram. Ətrafda tozun zərrəsi belə yoxdur, oturacaqların da hamısı öz yerində. Hamımız tənhayıq burada və ölüyük. Boris dünən gecə bədəninə bit düşdüyünü anladı. Qoltuqlarının altını qırxmalı oldum, amma qaşınması yenə də dayanmadı. Bu cür gözəl məkanda insanın bədəninə necə bit düşə bilər axı? Amma eybi yox. Bitlər olmasaydı, Borislə mən bir-birimizi belə yaxından tanıya bilməyəcəkdik. Tərcüməçi - Rəşad Səfər 130x200 Səhifə sayı - 368
SizinKitab
Müharibənin qadın olmayan üzü - Svetlana Aleksiyeviç
Əsas qiymət
11.90₼
/
Müharibənin qadın olmayan üzü - Svetlana Aleksiyeviç - SizinKitab
Kitab haqqında “Müharibənin qadın olmayan üzü” romanı İkinci Dünya müharibəsində iştirak edən yüzlərlə müharibə iştirakçısı olan qadının dilindən qələmə alınan, bədii psixoloji rənglərlə zəngin bir əsərdir. Müəllif bu romanı ilə müharibəyə olan nifrətini tam olaraq aça bilib və bütün bəşəriyyəti müharibəyə nifrət bəsləməyə səsləyib. Roman emossional duyğular, kövrək anlar, müharibə iştirakçısı qadınların müxtəlif dövrlərindən bəhs edən həyat lövhələri ilə diqqət çəkir.
978995236175 9 Cild - Qalın
SizinKitab
Əziz Həyat - Alis Manro
Əsas qiymət
11.00₼
/
Əziz Həyat - Alis Manro - SizinKitab
Kitab haqqında Müəllifin ilk dəfə 2004-cü ildə Kanadanın “McClelland and Stewart” nəşriyyatında çap olunan “Əziz həyat” adlı hekayələr kitabına “Yaponiyaya çatmaq”, “Amundsen”, “Çinqil”, “Maverleyi tərk etmək”, “Sığınacaq”, “Qürur” və başqa hekayələrilə yanaşı, “Final” adlı avtobioqrafik məzmunlu hekayəsi daxil olunub. Bu hekayələrdə müəllifin dərin müşahidələrindən doğan psixoloji, gözlənilməz sonluqla bitən fikirləri, Kanadanın soyuq təbiəti kimi soyuq insanlarının həyat tərzi öz əksini tapıb. “Final” hekayəsi isə, bütövlükdə Alis Manronun öz portretidir. “Yəqin, anam məni gələcək həyat üçün qonşuluqdakı həmin dəli qarının əlindən xilas etmişdi…” Kitabı oxuduqca müəllifin bu etirafına siz də şahid olacaqsız. Səhifə sayı - 305 9789952363739 Cild - Qalın
SizinKitab
Qəsr - Antuan de Sent - Ekzüperi
Əsas qiymət
11.99₼
/
Qəsr - Antuan de Sent - Ekzüperi - SizinKitab
Müəllif “Qəsr” əsərini “poema” adlandırır, “Mənim kitabım heç vaxt tamamlanmayacaq” söyləyirdi. Ölümündən sonra əsərin əlyazması tapılaraq fəsillər təsnifatlaşdırılanda bəlli oldu ki, həcm çox böyükdür, əsər mütaliə üçün çətindir, bəzi hissələr isə təkrarlanır. Yazıçının varislərinin xahişi ilə fransız ədibi Mişel Kenel əsəri redaktə etdi, bəzi ixtisarlar apardı və təkrarlanmaları aradan götürdü. Bu səbəbdəndir ki, indi sizə təqdim olunan tərcümədə fəsillərin rəqəm ardıcıllığında müəyyən fasilələr var, bəzi təkrarlanan hissələr ixtisar olunub.
Səhifə sayı - 336 9789952363180 Cild - Qalın
SizinKitab
Vətənə dönüş - Bernhard Schlink
Əsas qiymət
12.70₼
/
Vətənə dönüş - Bernhard Schlink - SizinKitab
Kitab haqqında Şlinkin yazdığı romanlarda siyasi gerçəkliklərlə alman tarixi vəhdət təşkil edir. -Der Tagesspiegel
“Vətənə dönüş” ‒ Bernard Şlinkin çoxdan gözlənilən və sözün əsl mənasında möhtəşəm romanı. Bu roman da “Qiraətçi” qədər maraqlıdır. -Brigitte
Bernard Şlink ‒ dahi təhkiyyəçi... -Der Spiegel
“Cavabsız məhəbbət özündən əvvəlki eşqi rədd edənə qədər insanı tərk etmir. Beləliklə, ədalət yerini tutur”. Səhifə sayı - 400 9789952360080 Cild - Qalın
SizinKitab
Səhra - Le Clezio
Əsas qiymət
9.99₼
/
Səhra - Le Clezio - SizinKitab
Kitab haqqında
Səhra və Şəhər. Səhra azad nəfəs alır, Şəhər – nəm və çirkli kloaka. Səhrada Göy Adamlar qəbiləsi yaşayır. Onlar azad insanlardır, lakin daim daha yaxşı həyat üçün köçürlər, yəni, köçəri həyat sürürlər. Onlar heç kimə lazım deyillər, öz talelərinə tərk edilmişlər. Xristianlar bu azad insanları barbarlar hesab edir və kolonial tabeçiliyə salmaq istəyirlər. Burada ingilis və fransız bankirlərin marağı vardır. Gənc Lalla – Saxara səhrasının mifik döyüşçüləri Göy Adamların nəslindəndir. Marokkonun şimalında dilənçi bir şəhərcikdən Marselə düşən Lalla, ona yad və düşmən bir mühitdə gözlənilmədən məşhurlaşır, ulduza çevrilir, lakin heç tərəddüd etmədən və heyfslənmədən Avropanı tərk edərək, doğma səhraya qayıdır.
9789952268881 Cild - Yumşaq
SizinKitab
Terrorçu - John Updike
Əsas qiymət
9.99₼
/
Terrorçu - John Updike - SizinKitab
Kitab haqqında Damarlarında ərəb və irland qanının qarışığı axan Əhməd Amerika həyat tərzinə niyə alışa bilmir? On beş il əvvəl müsəlman atası onları atıb getməsəydi, Əhmədin dinə münasibəti indiki kimi olardımı? On bir yaşından imamı – Şeyx Rəşidi özünə mənəvi ata seçməsəydi, Əhməd cihad yolunu tutardımı? Mərkəzi məktəbin sonuncu sinfində oxuyanda Əhməd Corilinin sevgisinə müsbət cavab versəydi, bu yaraşıqlı xristian qızcığaz sonradan pis yola qədəm qoyardımı? On səkkiz yaşlı gənci cihada sürükləmək asandır, yoxsa ondan çəkindirmək? Terrorçunun dini-imanı olurmu? On bir sentyabr olayının “baş qəhrəmanı” müsəlman Mühəmməd Əttadırsa, on bir sentyabra qədərki Amerika tarixinin ən qanlı terror hadisəsinin də başında xristian Timoti Makvey durmurmu? “Quran”da təsvir edilən hadisələr və öyüd-nəsihətlər “Tövrat”dakından, “İncil”dəkindən çoxmu fərqlənir? Radikal islamçılar terror hədəfi kimi niyə məhz Linkoln körpüsünü seçirlər? Burada gediş-gəliş daha sıx olduğu üçünmü? Bəlkə, rəmz olaraq – Avraam Linkoln cavanların gözündə Amerika tarixinin ən yaxşı prezidenti kimi qaldığı üçün? Əhmədi son anda cihaddan çəkindirən nə oldu? Yəhudi Levinin öyüd-nəsihətləri, yoxsa yolunun üstündəki günahsız, məsum qaradərili körpələri? Cihadın baş tutmamasına görə əqidədaşları Əhmədi “fərari” adlandırmayacaqlar ki? “Kommunistlər – beyinləri suya çəkib yaxalamaq istəyirdilər- bizimkilər isə beyinlərdə nə varsa, hamısını sıxıb suyunu çıxarmaq istəyirlər”. Bəs bu “bizimkilər” kimlərdir? Qayda-qanuna nifrət – azadlığa məhəbbətdirmi? Axı azadlıq da elmdir, onu da öyrənmək, mənimsəmək gərəkdir… Bütün bu sualların cavabı Con Apdaykda, “Terrorçu”da varmı?
Baxış sayı - 1518 130x200 Endirim faizi - 30 %
SizinKitab
Evinə bax Mələk - Tomas Vulf
Əsas qiymət
12.99₼
/
Evinə bax Mələk - Tomas Vulf - SizinKitab
Kitab haqqında
Kitabda cərəyan edən hadisələr yazıçının həyatına çox yaxın olduğundan bu romanı avtobioqrafik də adlandırmaq olar. Əsər sadəcə Tomas Vulfun tərcümeyi-halıyla bağlı hadisələr zənciri deyil, həm də onun duyğularının, ruhi yaşantılarının, sevgi və nifrətinin, vətənə bağlılığının və ondan qaçmasının, ən nəhayət, yazıçının yaradıcılıq əzablarının ifadəsidir. Ədəbi tənqidin yüksək qiymət verdiyi roman Vulfun vətənində qalmaqala səbəb olmuşdu, çünki əsərdə öz prototiplərini görən Eşvill sakinləri bunu özlərinə qarşı həqarət kimi qəbul etmişdilər. Endirim faizi - 30 % 9789952364637 Cild - Yumşaq
SizinKitab
Leon Afrikalı - Amin Maalouf
Əsas qiymət
7.99₼
/
Leon Afrikalı - Amin Maalouf - SizinKitab
Kitab haqqında
Hicri 894-cü il (miladi 1488-ci il dekabrın 5-i 1489-cu il noyabrın 24-ü). – əndəlusluların xoşbəxt, qayğısız əyyamı davam edir. Kimin ağlına gələrdi ki, Qərb renessansının əsasını qoyan mavr – Əndəlus mədəniyyəti məhz o əyyamda dönüşü olmayan bir iflasın astanasında imiş. Və bu iflasın nə qədər istəsəniz səbəblərini sadalaya bilərsiniz. Amma “heç bir sivilizasiyanı kənardan işğal etmək mümkün deyil, bu, yalnız həmin sivilizasiya özü-özünü daxildən məhv etdikdən sonra mümkün olur” – tanınmış filosof Uilyam Dürant belə deyirdi. Amin Maaloufun “Leon Afrikalı”sı da məhz bu fikrin bədii həllidir. “Romada hikməti, Qahirədə ehtirası, Fəsdə kədəri yaşamış, amma hələ də Qranadanın bakirliyini və məsumluğunu arayan” Leon Afrikalının dolanbacları andıran həyatını anladan bu roman da eyni mövzudadır. Həm fransız, həm də ərəb-məhcər ədəbiyyatlarının eyni zamanda böyük imzası olan Amin Maaloufun tarixi romanları, kimlik böhranı üzərində araşdırmaları ilə əslində həmişə gah bədii, gah da elmi yolla tədqiq elədiyi bir mövzu var – dünyanın özü qədər qədim sivilzasiyalar arası münasibətlər, Qərb-xristian dünyası ilə müsəlman Şərqinin keşməkeşli əlaqələri. Səhifə sayı - 492 9789952268805 Tərcüməçi - Cəmaləddin Quliyev Cild - Qalın
SizinKitab
Mənasızlığın təntənəsi - Milan Kundera
Əsas qiymət
5.99₼
/
Mənasızlığın təntənəsi - Milan Kundera - SizinKitab
Kitab haqqında
Ən ciddi problemləri işıqlandırmaq, bununla belə bir kəlmə də ciddi söz söyləməmək, müasir dünyanın reallığına heyran qalmaq, bununla belə hər cür realizmdən uzaq durmaq – Etinasızlıq bayramı məhz budur. Kunderanın digər əsərləri ilə tanış olan oxucu qətiyyən yazıçının romanlarına «qeyri-ciddilik» qatmaq istəyinə təəccüblənməz. «Ölməzlik» romanının bir neçə fəslində Göteylə Heminquey qoşa gəzir, söhbətləşir, birlikdə əylənir. «Arxayınlıq» romanında isə müəllifin həyat yoldaşı Vera ona belə deyir: «Hər kəlməsi qeyri-ciddi bir roman yazmaq istədiyini mənə çox demisən…. bax, səni xəbərdar edirəm: diqqətli ol, düşmənlərin gözü səndədir». Amma Kundera diqqətli olmur, köhnə estetik arzusunu yaradıcılığının xülasəsi hesab olunan bu romanında şövqlə həyata keçirir. Məzəli xülasədir. Epiloq da əyləncəlidir. Yumor hissini itirdiyinə görə gülünc vəziyyətə düşən dövrümüzdən ilhamlanaraq gülmək də insanı əyləndirir. Tərcüməçi - Çimnaz Vəliyeva 126x205 Səhifə sayı - 136
SizinKitab
Qafqazın on iki sirri - Məhəmməd Əsəd Bəy
Əsas qiymət
6.99₼
/
Qafqazın on iki sirri - Məhəmməd Əsəd Bəy - SizinKitab
Kitab haqqında
Bakı neft milyonçusunun xəstə oğlu atasının izni ilə süd qardaşı Əli bəylə birlikdə yay tətilini onların kəndində – Qafqazın uzaq bir dağ aulunda keçirməyə gedir. Yeniyetmələr qoca bir xədimin müşayiəti ilə qədim bir dünyaya, cəngavərliyin hakimiyyətdən, şairliyin zadəganlıqdan üstün tutulduğu dağlar diyarı Dağıstana yola düşürlər… Bu, Əsəd Bəyin ikinci kitabıdır. İngilis dilində ilk dəfə 1931-ci ildə çap olunmuş əsərdə müəllif öz gördüklərinə və Şərq təsəvvürlərinə əsaslanaraq Qafqazın nəhəng mənzərəsini yaradır, onun xalqları və adət-ənənələri haqqında geniş məlumat verir. Bəzən, hətta elmi dəqiqliyi iddia etməsə də, təsirli bir dillə bu diyarın nəinki on iki sirrini, min bir sirrini də açır. Tez-tez təxəyyülünün gücü ilə, qəlbinin və ruhunun cazibəsi ilə ömründən keçən günlərini canlandırır, bir vaxt uşaq kimi yaşadıqlarını, sevdiklərini səhifələrə köçürür, zəngin bədii detallarla oxucu marağını əsir edən etnoqrafik “yol xəritələri” cızır. Səhifə sayı - 308 9789952268096 Tərcüməçi - Firidun Ağazadə Cild - Qalın
SizinKitab
Qum kitabı - Jorge Luis Borges
Əsas qiymət
8.99₼
/
Qum kitabı - Jorge Luis Borges - SizinKitab
Kitab haqqında
Xorxe Luis Borxes – Xorxe Françisco İsidor Luis Borxes Akevedo (1899-1986) tanınan argentinalı yazıçı, esseist, şair və tərcüməçi, sehrli gerçəklik (Magic realism) axınının öncüllərindəndir və sürrealist yazıları ilə məşhurdur. Ən məşhur əsərləri Ficciones (1934) və Alef (1949) yuxular, labirintlər, kitabxanalar, güzgülər, heyvanlar, uydurulmuş yazıçılar, din və Allah haqqında mövzuların yer aldığı qısa hekayələrdən ibarətdir. X.L.Borxes əsərlərində güzgü, yuxu və labirint effektlərindən tez-tez istifadə etmişdir. Kitaba yazıçının seçilmiş hekayələri daxil edilmişdir.
Tərcüməçi - Nəriman Əbdülrəhmanlı 130x200 Endirim faizi - 30 % Səhifə sayı - 484